Modern.az

Azərbaycanın sədrliyi ilə QDİƏT-in İCLASI

Azərbaycanın sədrliyi ilə QDİƏT-in İCLASI

Mədəni̇yyət

22 Oktyabr 2021, 19:13

Azərbaycanın sədrliyi ilə QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupunun ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edib.

 

Videokonfrans formatında keçirilən iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi, təşkilatın 10 üzv ölkəsi, PABSEC, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, müşahidəçilər qismində Misir Ərəb Respublikası, Macarıstan və İsrail, eyni zamanda digər təşkilat və ölkələrin nümayəndələri iştirak ediblər.

 

İclasda QDİƏT Şurasının Bəyannamə, qərar və tövsiyələrinin həyata keçirilməsi, COVİD-19 pandemiyasının cərəyan etdiyi müddətdə mədəniyyətin dəstəklənməsi istiqamətində mümkün regional əməkdaşlıq və layihələrlə bağlı təcrübə mübadiləsi, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına QDİƏT üzv ölkələrinin birgə nominasiyalarının təqdim olunmasının təşviqi, Mədəni Marşrutlar, Mədəni və Yaradıcı Sənayelər: yaradıcılıq, rəqəmsallaşma və yaradıcı sənayelərdə sahibkarlıq, “QDİƏT Mədəniyyət Həftəsi”, sərgi, film, teatr, opera və balet festivallarında, beynəlxalq kitab sərgilərində qarşılıqlı iştirak və digər məsələlər müzakirə edilib.

 

İclasda CulTour4Youth, Mədəni və Yaradıcı Regional Ekosistemlər təşəbbüsü, QDİƏT-in uşaqlar üçün coxdilli və multikultural kitabxanasının yaradılması, Qara Dəniz Gənclərin Simfonik Orkestrinin yaradılması və digər layihələrin təqdimatı baş tutub.

 

Bununla yanaşı, işçi qrupunun onlayn görüşü zamanı 2021-2023-cü illər üçün Azərbaycanın Mədəniyyət üzrə işçi qrupunda sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış İşçi Qrupun Fəaliyyət Planının təqdimatı keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Plan layihəsinə dair təkliflərin cari ilin sonunadək yekunlaşdırılması qərarlaşdırılıb.

 

Qeyd edək ki, Azərbaycanın QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupunda sədrliyi çərçivəsində işçi qrupunun bir neçə iclasının və mədəniyyət nazirlərinin iclasının keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?