Modern.az

Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI

Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI

26 Oktyabr 2021, 21:57

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclasında İraq və Suriyaya hərbi qüvvə göndərilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib.

 

Modern.az xəbər verir ki, qanun layihəsi Türkiyənin İraq və Suriyaya hərbi qüvvə göndərmə müddətinin daha 2 il uzadılmasını nəzərdə tutur.

 

TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə, Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratiya Partiyasının (HDP) nümayəndələri isə əleyhinə səs veriblər.

 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın TBMM-ə təqdim etdiyi qanun layihəsində BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa əsasən Türkiyənin terrorla mübarizə üçün beynəlxalq koalisiya çərçivəsində fəaliyyətini davam etdirməsinin vacibliyi vurğulanıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir