Arxiv
28 Oktyabr 2021, 15:58 | AKTUAL
UNEC-də beynəlxalq konfrans

UNEC-də “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans işə başlayıb.

 

Modern.az xəbər verir ki, UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı və Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin elm və təhsil sahəsi üzrə nümayəndələri, tanınmış alimlər iştirak ediblər.

 

Konfransın açılışında Türkiyənin Bilkent Universitetinin professoru Tanses Gürsoy iştirakçıları salamlayaraq, konfransın Bakıda, UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. Prof.T.Gürsoy beynəlxalq konfrans barədə ətraflı məlumat verərək, konfransın şəbəkəsinin ildən-ilə genişləndiyini, dünyanın bir çox nüfuzlu jurnalları tərəfindən dəstəkləndiyini deyib.

 

UNEC-in prorektoru professor Sakit Yaqubov konfrans iştirakçılarına rektor professor Ədalət Muradovun salamlarını çatdıraraq, konfransın işinə uğurlar arzulayıb. Qlobal dünyanın texnologiyalar və sosial kommunikasiyalardakı böyük çağırışlarla üz-üzə dayandığını deyən prorektor, qloballaşma nəticəsində ölkələrdə maddi və virtual dünya arasında qarşılıqlı asılılığın daha da artdığını, informasiya və biliklərin mübadiləsinin qlobal sisteminin formalaşdığını deyib. O, cəmiyyətlərin strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq, rəqəmsal iqtisadiyyatın önə çıxdığını diqqətə çatdırıb. Prof.S.Yaqubov çıxışında UNEC-in elmi və beynəlxalq reytinqdə əldə etdiyi nailiyyətlərdən də danışıb.

 

Sonra Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın sədri professor Lütfihak Alpkan çıxış edib. Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran məruzəçi, dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssislərinin apardığı müzakirələrdən əldə olunacaq nəticələrin konfransa böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.

 

Konfransın həmsədri, Gebze Universitetinin professoru Oya Erdil beynəlxalq konfransa 15 ölkədən 63-ə yaxın məruzənin təqdim olunduğunu, onlardan 33-nün təqdiqləndiyini deyib. Məruzələrin müxtəlif sahələr üzrə aktual mövzulara həsr olunduğunu vurğulayan prof. O.Erdil konfransın müzakirə üçün önəmli platforma rolunu oynadığını bildirib.

 

Konfrans Yıldız Texniki Universitetinin professoru, konfransın həmsədri Cemal Zehirin çıxışı ilə davam edib. Ölkələrin iqtisadi-sosial dayanıqlığının təmin olunmasında innovasiyaların tətbiqinin zəruriliyindən danışan həmsədr, IV sənaye inqilabı, kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellekt və 5.0 konsepsiyasının mahiyyəti barədə məlumat verib. Prof.Cemal Zehir Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi qələbədən də söz açaraq, bu şanlı zəfərdən qürur duyduğunu ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanlara allahdan rəhmət diləyib.

 

Beynəlxalq konfransa Yaponiyadan qoşulan dünyanın tanınmış alimi, Tokionın Texnologiya İnstitutunun professoru Çihiro Vatanabi sosial, iqtisadi və ekoloji problemlər üçün yeni idarəetmə perspektivi və davamlı inkişaf məqsədləri üçün maraqlı tərəflərin kapitallaşdırılmasından əldə olunan təcrübələr barədə geniş təqdimatla çıxış edib. Alim risklərin transformasiyasının innovasiyalarla bağlılığını, risklərin idarəedilməsini, tədqiqat və inkişaf şirkətlərinin transformasiyalara təsirini, dayanıqlı inkişaf məqsədlərini təhlil edib. Həmçinin qlobal şirkətlərin nümunəsində risklərin brendin dəyərinə, eləcə də inkşaf dinamikasına, maliyyə strukturuna təsirini analiz edib.

 

Maraqla qarşılanan təqdimatdan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

 

XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans oktyabrın 30-dək strateji idarəetmə, davamlılıq və sosial məsuliyyətlər, qeyri-hökümət təşkilatlarında, dövlət idarəçiliyində, xidmət sektorunda strateji idarəetmə, strateji nəzarət və audit, korporativ strategiya, logistika və təchizat zəncirinin idarəedilməsi və digər aktual mövzulara həsr olunan bölmə iclasları ilə davam edəcək.

 

Konfrans UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 Ölkənin vaksin mənzərəsi 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10 85 yaşlı kişi partlayışda öldü 5 Dekabr 2021, 12:59 Ərdoğan: "Gələn ilin ilk aylarından..." 5 Dekabr 2021, 12:58 Göygöldə qadın itkin düşdü 5 Dekabr 2021, 12:46 Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək? 5 Dekabr 2021, 12:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?