Modern.az

100 yaşlı tarzən dünyasını dəyişdi - FOTOLAR

100 yaşlı tarzən dünyasını dəyişdi - FOTOLAR

Allah rəhmət eləsi̇n

9 Noyabr 2021, 16:23

Tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti, Prezident  təqaüdçüsü Firudin Ələkbərov vəfat edib.

Modern.az xəbər verir ki, 1921-ci ildə Gəncədə doğulan, əmək fəaliyyətinə elə oradan – Gəncə Dövlət Filarmoniyasından başlayan sənətkar 1946-cı ildə Bakıya köcüb, Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub, pedaqoji fəaliyyət göstərib.
Görkəmli xanəndələr Xan Şuşinski,  Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Canəli Əkbərov və başqalarıyla birgə çalışıb. Firudin Ələkbərov peşəkar musiqiçilər arasında ən uzunömürlü şəxs kimi tarixə düşüb. Azərbaycan televiziası və radiosunun “Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin “Bizimkilər” proqramına vermişdi.

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir