Modern.az

Almaniya partiyası Rusiya qazını geri qaytarmaq istəyir

Almaniya partiyası Rusiya qazını geri qaytarmaq istəyir

Dünya

Bu gün, 17:21

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının rəhbərliyi Rusiya qazının ölkəyə tədarükünün mümkün bərpasını Moskva ilə müzakirə etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, AfD həmsədrləri Alis Vaydel və Tino Krupallanın 2027-ci ilin martında Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşməsi nəzərdə tutulur.

Danışıqların əsas mövzuları Rusiya qazının Almaniyaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərlərinin gələcək istifadəsi ola bilər.

Görüşün Rusiya və Ukrayna arasında sülh çərçivəsinin razılaşdırılmasından sonra keçirilməsi planlaşdırılır. Mümkün görüş üçün İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanın adı çəkilir.

“Reuters” yazır ki, müzakirələrə ABŞ tərəfdən nümayəndələrin də qatılması ehtimal edilir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin adları çəkilsə də, onların hələ görüşə rəsmi dəvət edilmədiyi bildirilir.

Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Almaniyanın istehlak etdiyi təbii qazın yarıdan çoxu Rusiyadan idxal olunurdu. Sonrakı illərdə Berlin Rusiya qazından asılılığını kəskin şəkildə azaldıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?