Modern.az

General Aleksandr Vasyak VƏFAT ETDİ

General Aleksandr Vasyak VƏFAT ETDİ

22 Noyabr 2021, 00:12

İstefada olan general-mayor Aleksandr Vasyak vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov bildirib.

 

A. Vasyak Rusiyanın Kaluqa şəhərində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

General A. Vasyak uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət edib.

 

Ü. Cəfərov qeyd edib ki, general A. Vasyak Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak edib: "1992-ci ildə Vasyak Ağdərə istiqamətində ermənilərə qarşı çox uğurlu əməliyyatlarda şəxsən iştirak etmişdi. Daha sonra general A. Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayıb. İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Bir müddət öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına getmişdi. Bu gün isə o ağır xəstəlikdən dünyasını dəyişib. General A. Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib".

 

Ü. Cəfərov bildirib ki, sabah general A. Vasyakın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. "Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.

 

Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E. Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb", - deyə hərbi ekspert əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır