Arxiv
23 Noyabr 2021, 13:55 | DİASPOR
Tələbələr Ankaradakı Azərbaycan Evində

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV)  nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin budəfəki qonaqları Türkiyənin müxtəlif ali təhsil ocaqlarında bakalavr, magistr və doktorantura təhsili alan azərbaycanlı gənclər olub.

 

Modern.az xəbər verir ki, TADİV sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdü ilə təhsil alan gənclərə Ankarada fəaliyyət göstərən Azərbaycan Evi barədə geniş məlumat verərək bildirib ki, burada Şuşa konfrans mərkəzi, Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və “Qarabağ Zəfəri” guşəsi yaradılıb. 

 

Professor Aygün Attar TADİV-in 1997-ci ildə türk dünyasının görkəmli elm adamı, ictimai xadim, xalqımızın yaxın dostu İhsan Doğramacı tərəfindən yaradıldığını, fəaliyyətini 2019-cu ildən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə davam etdirdiyini bildirib.

 

Tələbələri Azərbaycan Evində görməkdən məmnunluğunu dilə gətirən Aygün Attar gənclərin Türkiyə ilə Azərbaycan arasında çoxşaxəli münasibətlərin inkişafındakı roluna və Qarabağ Zəfərindəki payına xüsusilə diqqət çəkib.

 

Görüşdə həmçinin Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı müddəaların gənclərin qarşısında yeni vəzifələr qoyduğu bildirilib, gənclərin iki ölkə diasporunun gələcək əməkdaşlığına töhfəsindən söz açılıb, müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

 

Gənclər də öz növbələrində azərbaycanlı gənclərin iştirakı ilə Azərbaycan Evində mütəmadi olaraq mədəni tədbirlər, seminar və görüşlər keçirəcəklərini bildiriblər. 

 

Sonda  tələbələr Azərbaycan Evinin Şuşa konfrans mərkəzində piano və skripkada milli mahnılarımızı ifa ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?