Modern.az

Azadlığın 1 ili - Düşmən o evləri yandırıb çıxmaqla əsl sahibin kimliyini BƏLLİ ETDİ

Azadlığın 1 ili - Düşmən o evləri yandırıb çıxmaqla əsl sahibin kimliyini BƏLLİ ETDİ

24 Noyabr 2021, 14:28

“Kəlbəcər rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur. Bu böyük tarixi hadisədir. Təkcə müstəqil Azərbaycanın tarixində deyil, bütövlükdə dövlətçilik tariximizdə və dünya müharibələri tarixində bu qələbə olduqca mühüm əhəmiyyətə malikdir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 25 noyabr - Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ilə bağlı danışarkən deyib.

 

Deputat Kəlbəcərin böyük əhəmiyyətə malik strateji bölgə olduğunu vurğulayıb:

 

“Dəfələrlə də danışıqlar zamanı ermənilər işğaldan azad olunmuş bütün əraziləri qaytarmağa razı idilər, tək Kəlbəcərlə Laçından başqa. Çünki Kələbəcər təbii istehkam və qala idi. Kəlbəcər bərəkətli və faydalı qazıntıları ilə məşhur bölgəmizdir. “İstisu”yuna, faydalı qazıntılarına görə ermənilər Kəlbəcəri iqtisadi baxımdan çox sərfəli hesab edirdilər. Buna görə də bütövlükdə Qarabağı verməyə razı olardılar, amma Kəlbəcəri qaytarmağa yox.

 

Cənab Prezidentin Ali Baş Komandanlığı, diplomatik uzaqgörənliyi nəticəsində biz Laçın, Kəlbəcər və Ağdamı bir güllə belə atmadan, bir şəhid vermədən azad edə bildik. O torpaqlarda artıq Azərbaycan ruhu, nəfəsi dolaşmaqdadır.

Kəlbəcərin işğaldan azad olunmasında ermənilərə müəyyən müddət verdik, böyük humanistlik göstərdik, amma onlar əvəzində öz vandallıqlarını göstərdilər. Özlərinin tikmədiyi, yaratmadığı, kəlbəcərlilərin öz zəhmətləri hesabına qurub yaratdıqıları evləri yandıraraq, əkdiyi, becərdiyi ağacları doğruyaraq getdilər. Dünyaya bir daha Kəlbəcərin əsl sahibinin kimliyi, erməni vəhşiliyinin hüdudsuz olduğu aydın oldu”.

 

 

 

Komitə sədri deyib ki, qısa müddət ərzində cənab Prezidentin qayğısı və diqqəti sayəsində işğaldan azad olunan bütün ərazilərimizdəki kimi Kəlbəcərdə də infrastrtuktur layihələrinə start verilib:

 

“Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər ərazisində olublar. Artıq Kəlbəcərə yol çəkilir, işıq sistemi bərpa olunur. Qısa müddət ərzində orada yaşayış da bərpa oluncaq. Kəlbəcər bu yay ərzində öz iqtisadiyyatını və münasibətlərini bərpa etmiş oldu. Kəlbəcərə gedən arıçılar, fermerlər artıq rayonun nemətlərini bütün Azərbaycana çatdırdılar. Hesab edirəm ki, qısa müddət ərzində “İstisu”yu da bərpa edərək onu dünya əhəmiyyətli turizm mərkəzinə çevirəcəyik. Kəlbəcərin turistik imkanlarından istifadə ilə onu dünyaya yenidən təqdim edə biləcəyik. Bütün kəlbəcərliləri təbrik edirəm, inşallah Kəlbəcərdə görüşərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu