Modern.az

Əli Əsədov qiymət artımından DANIŞDI

Əli Əsədov qiymət artımından DANIŞDI

3 Dekabr 2021, 12:28

Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında qiymət artımına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, baş nazirin sözlərinə görə, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib:

 

"Beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını qeyd edib. Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.

Ə.Əsədov deyibv ki, koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib.

 

Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Baş nazir Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğulayıb, Laçın və Zəngilanda da hava limanlarının da inşasına başlanıldığını diqqətə çatdırıb.

 

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümıüdür.

 

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətin daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!