Modern.az

Nigerdə 29 əsgər öldürüldü

Nigerdə 29 əsgər öldürüldü

5 Dekabr 2021, 19:33

Nigerdə silahlılar Sahel Qüvvələrinin qərargahına hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

 

İlkin məlumata görə, hücumda 29 əsgər həyatını itirib, 79 terrorçu öldürülüb.

 

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

Noyabrın 2 və 6-da eyni bölgədə törədilən terror aktlarında 11-i əsgər olmaqla 80 nəfər həlak olub.

 

Bölgə 2017-ci ildən bəri Malidə yerləşən terror təşkilatlarının hədəfindədir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı