Maldivdə “Omicron” aşkarlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun yeni növ ştammı noyabrın 27-də CAR-dan gəlmiş turistin test nəticələri pozitiv çıxıb.
Maldiv hökuməti “omicron”un yayılması ilə əlaqədar Namibiya, Lesoto Mavriki, Botsvana, Zimbabve, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.
Bu ölkələrdən qayıdan Maldiv vətəndaşları PCR test verməli və ölkədə 2 həftə karantin rejimində nəzarətdə saxlanılmalıdırlar.