Modern.az

Azərbaycan-İran sərhədində atışma - Bir nəfər zərərsizləşdirildi

Azərbaycan-İran sərhədində atışma - Bir nəfər zərərsizləşdirildi

Hadisə

7 Dekabr 2021, 17:34

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, 2021-ci ilin 7 dekabr saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.

 

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar­yadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər­iblər.

 

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsiz­ləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.

 

Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

 

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl­boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil­ib.

 

Hadisə barədə İran tərəfi məlumatlandırılıb.

 

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı