Modern.az

Media orqanlarının bir-birindən xəbər “oğurlaması” qadağan edilir

Media orqanlarının bir-birindən xəbər “oğurlaması” qadağan edilir

Media

9 Dekabr 2021, 13:47

Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

 

Modern.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

 

"Qanun layihəsi qəbul edildikdən sonra jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək", - layihədə bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü