Arxiv
9 Yanvar 2013, 09:43 | AKTUAL
Azərbaycanda qadağan olunmuş 5 kitab - SİYAHI


Kitabların qadağan edilməsi bütün dövrlərdə və bütün ölkələrdə qeydə alınıb. Bəs Azərbaycanda necə? Modern.az-ın araşdırması XX əsrdə yerli müəlliflərin yazdığı ən azı 5 kitabın qadağan edildiyini iddia etməyə əsas verir. Onların adlarını təqdim edirik:

1. Heydər Hüseynov - “XIX əsr Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən” fəlsəfi monoqrafiyası

Azərbaycan fəlsəfə elmində XX əsrdə ilk dəfə fundamental və sistemli araşdırmalar aparan Heydər Hüseynov fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışıb, iki dəfə də Stalin mükafatına layiq görülüb. Lakin alimin 40-cı illərin sonunda yazdığı və yaradıcılığının şah əsəri sayılan “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası hətta onun ölümünə səbəb olub. Sovet rəhbərliyi əsərdə Şeyx Şamil hərəkatının dəstəkləndiyi və bunun da millətçilik amilinin qabardılmasına səbəb olduğu üçün alimi olmazın dərəcədə təhqir edir  və ona verilmiş Stalin mükafatını geri alır. Mənəvi böhrana dözə bilməyən H.Hüseynov Mərdəkandakı bağ evində özünü asaraq intihar edib.

2. Mirzə Kazım bəy - “Müridizm və Şamil”

Azərbaycanın çağdaş şərqşünaslıq elminin banisi, Qərb və Şərq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Mirzə Kazım bəy Avropa universitetlərində Azərbaycanı ən yaxşı təmsil edən alim olub. İlk dəfə xristianlığı qəbul edərək insanlara dini tolerantlığı və demokratik ideyaları təlqin edən Kazım bəy bəzi əsərlərində ustalıqla qadağan olunmuş məsələləri qabarda bilib. Yazdığı iki şah əsər “Bab və Babilik” və “Müridizm və Şamil” əsəri onu danlaq obyektinə çevirib. Burada dini amillərin qabardılması və müstəmləkə rejimində yaşayan xalqların azadlığa səslənməsi rejimi qətiyyən qane edə bilməzdi. Beləliklə, kitabları Qərbdə dərs vəsaiti olan Mirzə Kazım bəyin əsəri sovet dövründə vətənində qadağan edilib.

3. İsa Muğanna - “Yanar ürək” povesti

60-cı illər nəslinin ən güclü nümayəndəsi sayılan İsa Muğanna (Hüseynov) “Yanar ürək” povesti ilə o dövr ədəbiyyatında inqilab etmişdi. Lirik-psixoloji metodlarla kəskin realizmin sintezini böyük ustalıqla yaradan ədib bu əsərdə qadağan edilmiş mövzuları “qadağan edilmiş tərzdə” işıqlandırdığı üçün xeyli təqiblərə məruz qalır. Yalnız o vaxt Mərkəzi Komitənin katibi Heydər Əliyevin işə müdaxiləsindən sonra yazar DTK təqiblərindən xilas olunur və şəxsi həyatının təhlükəsizliyinə zəmanət verilir.

4. Bəxtiyar Vahabzadə - “Gülüstan poeması”

Poemada Cənub nisgilinin, azadlıq ideyalarının, vətən sevgisinin açıq-aşkar təsviri, qadağan olunmuş siyasi motivlərin nümayişi şairi uzun müddət təqiblərlə üz-üzə qoyub. Əsər yalnız hissələrlə “Şəki fəhləsi” qəzetində çap olunub.

5. Eldar Baxış - “Ölüsüylə ərəbcə, dirisiylə rusca” kitabı

Bu kitab o birilərindən nisbətən müasir çalarları ilə fərqlənir. 90-cı illərin siyasi reallıqları burada satira və yumorun diliylə oxuculara təqdim olunub. Təsirli və tənqidi siyasi motivləri və real həyat lətifələrinə görə kitab tam olaraq qadağan edilib.

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ombudsman Ermənistanda nasizmin yüksəldilməsi meyillərindən DANIŞDI 9 May 2021, 15:30 Ərdoğanın Ramazandan sonra Şuşaya nə üçün gəldiyi BƏLLİ OLDU 9 May 2021, 15:20 Göyçayda öldürülən 18 yaşlı qızın qatili tapıldı 9 May 2021, 15:12 Sumqayıtda beşmərtəbəli yaşayış binasına od düşdü 9 May 2021, 15:05 DSX: Son iki ayda Qarabağda 10 yeni hərbi hissə... 9 May 2021, 14:59 Naftalanda şəhidin adına xatirə bulağı açıldı 9 May 2021, 14:45 Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...  9 May 2021, 14:34 3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34