Modern.az

KİV-ə Dövlət Dəstəyi Fonduna 47 layihə, 49 yazı təqdim olunub

KİV-ə Dövlət Dəstəyi Fonduna 47 layihə, 49 yazı təqdim olunub

2 Mart 2010, 17:47

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi jurnalist yazıları və KİV-lərin, eləcə də jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsiylə bağlı müsabiqələrinin müddəti martın 1-də başa çatıb.

Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a açıqlamasında deyib ki, müsabiqə şərtlərinə görə, KİV-lərdən, jurnalist təşkilatlarından və jurnalistlərdən layihə və yazıların qəbulu fevralın 26-da yekunlaşıb. Çünki fevralın 27 və 28-i şənbə-bazar günlərinə təsadüf edib. V.Səfərli deyib ki, fondun müsabiqəsinə jurnalistlərdən fərdi qaydada 49 yazı, KİV və jurnalist qurumlarından 47 layihə təqdim olunub. Bundan sonrakı mərhələ ekspert qiymətləndirməsidir. V.Səfərli deyib ki, bütün yazılar və layihələrə hazırda ekspertlər baxır. Ekspertlər bir həftə ərzində rəy verəcəklər. Martın 17-də təqdimetmə mərasimi nəzərdə tutulur. Martın 15-i, yaxud 16-sı qaliblərin adları elan olunacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı