Modern.az

Tələbələrin kultoroloji layihəsi var

Tələbələrin kultoroloji layihəsi var

4 Mart 2010, 13:40

Azərbaycan Tələbələr Birliyi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kultorologiya fakültəsinin tələbələri birgə kultoroloji layihəyə start verib.

Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin əsas məqsədi tələbələrin gündəlik həyatındakı mədəni tələbatlarını ödəməkdə onlara kömək etməkdir. Layihənin başlanğıc mərhələsi  olaraq muzeylərə səfərlər təşkil edilir. Tələbələrin muzeylərə cəlbi zamanı muzeyşünaslıq ixtisası ilə bağlı təhsil alan  tələbələrin bilik və potensiallarından istifadə edilməsi layihənin vəzifələrindən biridir. Layihə çərçivəsində artıq Üzeyir Hacıbəyovun və Cəlil Məmmədquluzadənin Ev muzeylərinə səfərlər təşkil edilib. Muzeyə getməklə tələbələr həm görərək, həm də eşidərək Azərbaycanın zəngin mədəniyyət və incəsənətini daha dərindən öyrənmək imkanı əldə edirlər.

Kultoroloji layihənin çərçivəsində müxtəlif vaxtlarda muzeylərlə yanaşı abidələrə ziyarət, sərgilər, müsabiqələr və görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Layihə müddətsiz olaraq ATB tərəfindən başlanılıb. Əsas prinsipi “maraqlan və maraqlandır” olan layihəyə istənilən tələbə qoşula bilər. Layihənin digər bir özəlliyi də odur ki, layihənin icrası dövründə tələbələrin təşəbbüsləri və yeni ideyaları qiymətləndirilərək dəstəklənir.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir