Arxiv
2 May 2013, 11:29 | AKTUAL
Azərbaycan ərazisində görünən Qafqaz bəbiri balalayacaq - FOTOLAR

Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onun qida obyektləri və rəqiblərinin monitorinqini aparmış, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olmuş bir çox nadir heyvan növünün yüzlərlə fotoşəklini çəkmişlər.

Bu növlərin içərisində vaşaq (Lynx lynx), çöl pişiyi (Felissylvestrisornata), bezoar keçi (Capra aegagrus), muflon (Ovisgmelini), xəzər uları (Tetraogalluscaspica) kimi nadir növlərlə yanaşı tirəndaz (Hystrixindica), daşlıqdələsi (Martesfoina), porsuq (Melesmeles), qaban (Susscrofa), canavar (Canis lupus), tülkü (Vulpesvulpes) və s. kimi təhlükədə olmayan növlər də qeydə alınmış və  keyfiyyətli fotolar əldə olunmuşdur. “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənib.