Arxiv
1 Sentyabr 2009, 15:37 | PARLAMENT
Milli Məclisin poliqlotu hansı millət vəkilidir?

PARLAMENTİN ƏN ÇOX VƏ ƏN AZ DİL BİLƏN DEPUTATLARI

 

Hazırda bütün planeti öz təsiri altına almış qloballaşma prosesləri dünyaya çıxış üçün aparıcı xarici dilləri öyrənməyi zəruri edib. Azərbaycanın qloballaşan dünyada layiqli yerinin təmin edilməsi, ölkə həqiqətlərinin təbliği baxımından hər bir vətəndaşın xarici dilləri bilməsi çox vacibdir. Bu tələbat son illər daha qabarıq hiss olunur. İndii təkcə yeniyetmələrin və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığının şahidi oluruq.

 

Hazırda təkcə xarici və yerli şirkətlər, özəl biznes qurumları deyil, hətta dövlət orqanları da işə qəbul zamanı bir və ya bir neçə xarici dili bilən mütəxəssislərə üstünlük verirlər. Bunu onunla əlaqələndirirlər ki, xarici dil bilməyən kadrların bilik və təcrübəsi respublika çərçivəsi ilə məhdudlaşır.

Qeyd edək ki, indi Bakıda onlarla xarici dil kursları fəaliyyət göstərir. Bu kurslarda ingilis, alman, fransız, rus, ispan, italyan, çin, yapon, ərəb, fars, bolqar, ivrit, acar, fin, urdu, hind, gürcü, polyak və başqa əcnəbi billər öyrədilir. Araşdırmalar göstərir ki, kurslara yazılanların böyük əksəriyyəti ingilis dilinə üstünlük verir.

Mütəxəssislərin fikrincə, dil öyrənmək heç vaxt gec deyil, əsas həvəs, meyl olmalıdır. Son illər xarici dillər sırasında ingilis dilinin daha dominant mövqeyə çıxaraq kütləviləşməsi dövrün tələbi ilə əlaqələndirilir. Müasir dövrdə ingilis dilini öyrənməklə əksər ölkələrdə asanlıqla ünsiyyət qurmaq, dünya xalqlarının mədəniyyəti ilə tanış olmaq, hətta xaricdə iş tapmaq olar.

Əcnəbi dil bilmək dövlət orqanlarında, xarici şirkətlərdə, QHT sektorunda çalışanlara, siyasətlə məşğul olanlara, millət vəkillərinə də çox vacibdir. Azərbaycanın qanunverici orqananında deputat mandatı daşıyan şəxslərin hansı xarici dilləri bilmələri ictimaiyyət üçün də maraqlıdır.

Milli Məclisin internet səhifəsindəki deputatlarla bağlı  məlumatlarda onların xarici dil bilikləri barədə də bilgilər  yerləşdirlib. Həmin məlumatlardan aydın olur ki, hazırda parlamentdə təmisil olunan 122 deputatdan 121-si ən azı iki-Azərbaycan və rus dillərini bilir. Saytda yer alan ifnormasiyaya görə, Mixail Zabelin yeganə deputatdır ki, rus dilindən başqa heç bir dili bilmir. Azərbaycan dilində danışan 53 deputat isə əcnəbi dillərdən yalnız rus dilini bilir. 59 deputat iki xarici dildə (rus və ingilis, rus və fransız, rus və alman) danışmağı bacarır.

Parlamentimizdə üç xarici dildə danışmağı bacaran deputatlar da var. Bunlar İqbal Ağazadə (rus, fars və ingilis dilləri), Gövhər Baxşəliyeva (ərəb, rus, ingilis dilləri), Nizami Cəfərov (rus, ingilis, fars dilləri),  Rafael Hüseynov (ingilis, fars, rus dilləri), Dünyamin Xəlilov (rus, gürcü, ingilis dilləri), Fuad Muradov (rus, ingilis, fransız dilləri), Yevda Abramovdur (rus, türk, fars dilləri).

İki deputat isə dörd əcnəbi dil bilir. Nəsib Nəsibli ingilis, fars, rus və fransız dillərini, Cavanşir Paşazadə isə rus, fars, özbək və tacik dillərində danışmağı bacarır. Azərbaycan parlamentində ən çox əcnəbi dil bilən yeganə deputat Gültəkin Hacıyevadır. O, 5 xarici dil (ingilis, fransız, rus, ərəb, fars dilləri) bilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib 27 May 2020, 20:02 DİM: Buraxılış imtahanlarının keçirilməsinə başlanılır 27 May 2020, 19:41 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi - FOTOLAR 27 May 2020, 19:24 Deputat: "Dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır" 27 May 2020, 19:17 Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 27 May 2020, 16:59 Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq 27 May 2020, 16:50 Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI 27 May 2020, 16:35 Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11