Modern.az

Avropanın mərkəzində qanlı insident - çox sayda ölən var

Avropanın mərkəzində qanlı insident - çox sayda ölən var

Dünya

Bu gün, 16:04

Almaniyanın şimalında yerləşən Aşağı Saksoniya əyalətinin Ştade şəhərində atışma baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar şəhər mərkəzində genişmiqyaslı polis əməliyyatı həyata keçirilir.

"T-Online" portalının yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində beş nəfərə qədər şəxsin həlak olduğu ehtimal edilir.

Polis nümayəndələri vəziyyətin hələ də dəyişkən olduğunu bildirərək əməliyyatın davam etdiyini açıqlayıblar.

"Bild" nəşrinin məlumatına görə, hüquq-mühafizə orqanları bir və ya bir neçə şübhəlini saxlayıb.

"NTV" telekanalı isə atışmanın uşaq və yeniyetmələrə qayğı göstərən müəssisələrdən birində baş verdiyini xəbər verib.

Hadisənin səbəbləri və ölənlərin dəqiq sayı ilə bağlı araşdırmalar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada