Arxiv
25 İyul 2013, 23:43 | ƏDƏBİYYAT
Xalq şairi 22... Çadır şairi tək...
Mahir Qabiloğlu


Mətləb Misir. Bu ad mənə çoxdan tanışdır. Amma onu təkcə şair kimi tanımamışam. Dövrünün, zəmanəsinin böyük şairləri onun şəxsiyyətini şairliyi ilə tən, bəzən də yüksək tutublar.

AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Dedilər ki, “Yazıçılar Birliyinin  “Natəvan klubu”nda yubiley tədbiri var, Anar məktub göndərib. Bu redaksiyada şair çörəyi yeyən təkcə sənsən, sən də gedib çəkməlisən”.

 Məktubu oxudum. “Mətləb Misir – 60” yazılmışdı. Birliyə çatdım. 3-cü mərtəbəyə qalxdım. Atam – xalq şairi Qabil qabağıma çıxdı.

 “Sən gəlmisən çəkməyə? Bax a, bu yubilyar çox gözəl insandır. Gözəl şairdir. Tanıyırsan?”. Çiyinlərimi çəkdim. Hirsini biruzə verərək  “Neftçalalı İmamverdi Əbilovu, Lənkərandan Mirhaşım Talışlını tanıyırsan da. Bizim Mətləb Misir də öz zonasının, rayonunun, kəndinin, mahalının ziyalısıdır – gözəl ziyalısı”.

Heç nə demirdim. Nə deyə bilərdim ki. İstedadları xiridar gözü ilə seçən, hər adam haqqında bu cür sözlər deməyən Qabil Mətləb Misiri tərifləyirsə, deməli gözəl şair, gözəl insandır. Süjetim də bu insana layiq  süjet olmalıdır. Bir də gördüm ki, bizə çəlimsiz, arıq, gözlərindən qəm oxunan bir adam yanaşdı. Atam “Tanış ol, Mətləb Misir budur. Mətləb, televiziyadan gəliblər səni çəkməyə”. Amma demədi ki, oğlumdur. Özü də macal vermədi. Xəcalət təri basdı. Əvvəlcə başa düşmədim ki, niyə qızardı? Sanki əsirdi. Demə rayona hər hansı bir qonaq gələrdisə şair, insan Mətləb Misirin evində qonaq olmasaydı, çörəyin yeməsəydi ondan inciyərmiş. Televiziya işçilərinə də xüsusi ehtiramı varmış.

Çox pis vəziyyətdə qoymuşdum onu. Sanki özünü doğma el-obasında -  Füzuli rayonunun Gecəgözlü kəndində sayırdı. Əlini ətrafında o yana, bu yana yellədərək sanki deyirdi: “Ana, Bakıdan - televiziyadan qonaqlarımız var  e, oğlunun 60 illiyini təbrik etməyə gəliblər. Ay uşaq, samavarı qoy. Ay qonşu, toğlunu kəs, mən qonaqları tək qoya bilmərəm. Manqalı qalayın. Təndir salın. Ay ana, plov dəmlə. Gətirin düzün stolun üstünə. Nə yaxşı gəliblər məni təbrik etməyə? İndi bütün el-oba danışacaq. Zarafat deyil e, məni Az.TV-1-də göztərəcəklər. Bütün Azərbaycan görəcək”. Bir anlıq duruxdu. Dayandı. Xəyallardan ayıldı.  Kəndlərində yox, Yazıçılar Birliyində idi. Üzünü bizə tutdu:

- Yox e, belə deyildi axı. Belə olmamalıydı axı. Niyə belə oldu axı. Mən Sizi belə qarşılayardım ki... Siz məni tanımırsız e? Qabil müəllim, Fikrət Qoca, Zəlimxan, burda hamı məni yaxşı tanıyır...

Sözünün xəbərini də, mübtədasını da itirmişdi. Çünki Vətənini itirmişdi.  Dalın gətirmirdi. Xəcalət çəkirdi deməyə ki, qaçqındır, çadır şairidir. ”Ağlamaqdan” qorxurdu, ağlamaqdan qorxurdu. Bu dərddən, nisgildən partlayıb “Çadır şeirləri” yazmağına hələ vardı. Amma atam onu qabaqlamışdı. Hər şeyi mənə demişdi. Mən artıq Mətləb Misiri tanıyırdım. Onu başa düşürdüm. Söhbətə atam qarışdı:

- Mətləb, özgəsi deyil, Mahirdir, oğlumdur. Nə lazımdırsa demişəm eləyəcək. Yubiley tədbirini də özüm aparacağam. Televiziyaya  müsahibə də verəcəyəm.

Uçmağa bircə qanadı yox idi. Atam müsahibə verdikcə, onun haqqında xoş sözlər dedikcə uçurdu. Yubiley tədbiri də gözəl keçdi. Bütün qaçqın rayonların icra başçıları,  ictimaiyyət nümayəndələri ordaydı. Prezidiumda bir özüydü, bir atam, bir də Füzuli rayon İcra Hakimiyyətinin başçısı. Özünü yubilyar kimi aparmırdı. Büzüşüb oturmuşdu.

Yubiley sözünün mənasını biliridi: “Yu, bilək”. Burdan çıxacaqdılar. 10-15-20 seçilmiş adam gedib qaçqın rayonlardan birinin adını daşıyan restoranların birində oturacaqdılar. Sağlığına badələr qaldıracaqdılar. Bu da ona böyük bir hörmətin nümunəsi idi. Amma o belə istəmirdi. 10-15-20 adam istəmirdi. İstəyirdi ki, desin, qışqırsın ki, ay camaat, ay bu zalda oturanlar Sizin hamınızı kəndimizə dəvət edirəm. Avtobuslar sabah 9-da Yazıçılar Birliyinin qabağında Sizi gözləyəcək. Amma deyə bilmirdi. Çünki özünün gedəcəyi mənzil çadır idi – qaçqın çadırı

Kəmər yola törpüdür,
Ümidinə körpüdür,
Bura yalan görküdür.
Gözü yolda qalanlar,
Qəmə meyl salanlar –
Nə qədər qoca, qarı...
Ömrün dözüm cıdırı –
Cadır, cadırım

Həmin  axşam efirə gedən süjeti bütün Azərbaycan gördü. Amma nə kəndi, gördü, nə də eli-obası. O el-obanı özü də görmədi. Qismət olmadı. Gözəl şair və insan  kimi həyatdan köçdü. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20