Modern.az

Səfirin narkoman gəlininə hökm oxundu

Səfirin narkoman gəlininə hökm oxundu

31 Yanvar 2014, 12:34

Düşənbədə bir neçə ay əvvəl heroin daşıdığına görə şübhəli bilinərək saxlanılan Tacikistanın Belarusdakı səfirinin gəlini Muştari Muborakşoevaya hökm oxunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, qadın külli miqdarda narkotik qaçaqmalçılığında təqsirli bilinib. Onun barəsində 12,5 il həbs qərarı çıxarılıb. Muştari  Muborakşoeva və onun əri Koimdod Koimdodov Düşənbə hava limanında ötən il sentyabrın 16-da saxlanılıblar. Ərlə-arvad Moskvaya uçmağa hazırlaşıblar. Yükə baxış zamanı 2,5 kiloqramlıq iki bağlamada heroin aşkarlanıb. Narkotik ərlə-arvada məxsus çemodanda gizlədilibmiş. Muştari Muborakşoeva Tacikistanın Belarusdakı səfirinin oğlunun həyat yoldaşıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub