Modern.az

Rusiyanın ən məşhur şokolad BRENDİ azərbaycanlının adını daşıyır - MARAQLI

Rusiyanın ən məşhur şokolad BRENDİ azərbaycanlının adını daşıyır - MARAQLI

Mədəni̇yyət

8 Fevral 2014, 12:50

Rusiyanın ən məşhur şokolad brendi olan “Babaevski” azərbaycanlı şəxsin adını daşıyır. Modern.az saytının məlumatına görə, SSRİ zamanından bəri sovet vətəndaşlarının üstünlük verdikləri “Babaevski” brendi əslən Azərbaycanın Şəki şəhərindən olan Pyotr Hakim oğlu Babayevin adını daşıyır.

Gəncədən sürgün olunan Babayevlər ailəsi

Azərbaycan əsilli rus inqilabçısı Pyotr Babayev 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı inqilabçı Hakim Babayevin ailəsində anadan olub. Atası Hakim Babayev 1878-ci ildə Yelizavetapol qəzasında fəhlə tətillərinin təşkilatçısı kimi Ryazana sürgün edilib.  Burada zavodda işləyən Hakim rus qızı Lyubov Qriqoriyeva ilə ailə qurub. Bu nikahdan onun 8 uşağı dünyaya gəlib. Uşaqlarına azərbaycanlı ad qoymaq istəsə də, yerli hökümət buna icazə verməyib və Hakim Babayev övladlarına rus adları qoymağa məcbur olub.

Onun ikinic uşağı olan Pyotr Babayev 20-ci əsrdə Rusiya tarixində baş vermiş 3 inqilabda iştirak edib. Atasının Pyotra təhsil vermək cəhdi uğursuz olub. Çətinliklə Kasimov şəhərindəki gimnaziyaya düzələn Pyotr Babayev ağır sosial güzəran üzündən cəmi 3 il oxuya bilib. 18 yaşından fəhləliyə başlayan Pyotr müxtəlif peşələrdə çalışıb. 

1904-cü ildə hərbi xidmətə çağırılan Pyotru Baltik donanmasına göndərilir. 1905-ci ildə o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına (RSDFP) üzv olur. Bununla da o, donanmada fəal bolşevik təbliğatçısına çevrilir. Bir neçə dəfə həbs olunan Babayev karserdə vərəm xstəliyinə düçar olur. Xəstəliyinə görə, o, donanmadan tərxis olunur və Rus-Yapon müharibəsinə göndərlir.

“Georgi xaçı” alan bolşevik

Müharibədən sonra Kasimov şəhərinə qayıdan Pyotr Babayev burada Natalya Kuznetsova ilə evlənir. 1912-ci ildə onlar Moskvaya köçürlər. Sokolnikdə polis nəzarətində yaşayan Babayev burada tramvay parkına işə düzəlir. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması ilə P.Babayev ordu sıralarına çağrılır. Alman cəbhəsində vuruşan Babayev igidliyə görə “Georgi xaçı” medalı ilə təltif olunur. 1916-cı ildə yüksək peşəkarlığına görə ordudan geri çağrılır və Sankt-Peterburqdakı hərbi zavoda işə göndərilir.

Pyotr Babayevin fəal inqilabi fəaliyyəti olub. Rusiyada II Nikolayın devrilməsi ilə nəticələnmiş 1917-ci il fevral inqilabında iştirak edən Babayev böyük səs çoxluğu ilə Patron Zavodunun nümayəndəsi olur. Bir neçə gündən sonra P.Babayev Petroqrad Fəhlə və Əsgər deputatları Sovetinin üzvü seçilir. Burada o, Petroqrad Sovetinin hərbi təşklatına daxil edilir. 1918-ci ildə RSFSR-in hərbi işlər üzrə komissarı Podvoyski Pyotr Babayevi alman hücumunun qarşısını almaq üçün cəbhəyə ezam edir. Amma ağır xəstəliyi üzündən geri çağrılır və mühüm bir vəzifəyə təyin olunur. P.Babayev qiymətli və əhəmiyyətli avadanlıqların Petroqraddan Moskvaya evakuasiyasına rəhbərlik edir. Daha sonra Babayev Sokolnikovo rayon partiya komitəsinin katibi və  bu rayonun deputatı olub.

1918-ci ildə bolşevik partiyasının tapşırğı ilə Tambova göndərilən P.Babayev  burada quberniya İcraiyyə Komitəsinin üzvü və Tambov şəhər partiya komitəsinin başçısı vəzifələrində işləyib. Moskvaya qayıdandn sonra partiyanın Moskva komitəsiin üzvü və Moskva şəhər Sovetinin İcraiyyə Komitəsinin üzvü olub.
1919-cu ildə Sokolnikvo Şəhər Sovetinin sədri seçilib. Vəfat edənə qədər bu vəzifədə çalışıb. 25 aprel 1920-ci ldə vərəm xəstəliyindən dünyasını dəyişib.
“Pravda” qəzeti onu ölümü haqqında yazmışdı: “Pyotr Babayev əsl bolşevik kimi döyüş postunda vəfat etdi”.
Onun adına küçə və parklar var.  

Sovet vətəndaşalrının sevimli brendi


Hazırda P.Babayevin adını daşıyan “Babaevski Konditer Konserni” Moskvada yerləşir. 1804-cü ildə rus sahibkarı Abrikosov tərəfindən yaradılmış bu zavod 1918-ci ildə milliləşdirilib. 1922-ci ildə Pyotr Babayevin adı konditer zavoduna verilib.
Zavod 1993-cü ildən Səhmdar Cəmiyyətinə çevrilib. 1970-ci ildə zavodda aparılan yenidənqurmadan sonra istehsal olunan şokalad SSRİ-də ən yaxşı məhsul sayılırdı. Sovet vətəndaşları “Babaevski”, “Osobıy”, “Vanilniy”, “Pilot”, “Vesna”, “Romaşka” və digər şokoladları yaxşı xatırlayırlar. Hər bayramlarda stolu məhz “Babevski” zavodunun şokoladları bəzəyirdi.

Şəki şəhərində Pyotr Babayev adına park var. Sovet dövründə Şəkidəki üzümülük sovxozu və Şəki İpəkçilik fabrikinin bir filialı onun adını daşıyıb.

X. SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi