Modern.az

Teleradio Şurası “Xəzər TV-yə dil qüsurlarına görə təkliflər verdi

Teleradio Şurası “Xəzər TV-yə dil qüsurlarına görə təkliflər verdi

18 Aprel 2014, 17:40


Aprelin 18-də Milli Televiziya və Radio Şurasında “Xəzər” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na müvafiq yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, Bədii Şuranın üzvləri tərəfindən “Xəzər” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülmüş işlər barədə ətraflı məlumat verilib. Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxərddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov  tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülüb. 

Milli Televiziya və Radio Şurasında növbəti görüş “Space” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuranın üzvləri ilə keçiriləcək.
Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir