Modern.az

Putin: “Bəzi xarici mərkəzlər Rusiyanın parçalanma ssenarilərini hazırlayıb”

Putin: “Bəzi xarici mərkəzlər Rusiyanın parçalanma ssenarilərini hazırlayıb”

4 Dekabr 2014, 13:52


Rusiya prezidenti Vladimir Putin Federal Məclisə etdiyi builki müraciəti zamanı bir sıra sərt bəyanatlarla diqqət çəkib. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, Putin Rusiya üçün bəzi xarici mərkəzlər tərəfindən Yuqoslaviyadakı kimi parçalanma ssenariləri hazırladığını bəyan edib: “Rusiyaya qarşı aparılan siyasət onilliklər, hətta yüz illiklər boyu aparılır. Amma demək istəyirəm ki, Ruisya ilə güc mövqeyindən danışmaq mənasızdır. Biz separatizmi kimlərin dəstəklədiyini və  əlləri qan içində olan qatilləri separatçı adlandıranları yaxşı tanıyırıq. Ölkəmizin parçalanması üçün Yuqoslaviya variantı hazırlanmışdı. Bəzi ölkələr isə bu gün də bizi “dəmir pərdə” ilə əhatələmək istəyirlər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi