Modern.az

General Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi təyin edilib

General Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi təyin edilib

5 Yanvar 2015, 16:22

Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.

Azərbaycan  Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə xidmət etmiş general-leytenant Nizam Osmanov isə  Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən cavab olaraq bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir