Modern.az

Qəbələdə ər-arvad dağdan yıxılaraq ölüb

Qəbələdə ər-arvad dağdan yıxılaraq ölüb

Təhsil

31 Avqust 2010, 13:02

Dünən axşam Qəbələ rayonu, Durca kəndində faciə baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Durca kəndi ərazisində yerləşən şəlalənin 30-40 metr hündürlüyündən dərəyə düşmüş 1971-ci il təvəllüdlü Əliyev Emin Ramiz oğlu və 1976-cı il təvəllüdlü Əliyeva Şəhla Qərib qızı heç bir çağırışa cavab vermirlər.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dərəyə enərkən həmin şəxslərin öldüyünü müəyyənləşdiriblər. Daha sonra cəsədlər xüsusi texnika vasitəsilə dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü