Arxiv
6 Aprel 2015, 15:15 | AKTUAL
Ayaz Mütəllibov: “7 rayonun qaytarılması Dağlıq Qarabağ münaqişəsinin həlli deməkdir”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların növbəti raundundan sonra müəyyən mühakimə yürütmək olar. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olsa və müzakirələrin detalları ictimaiyyətə açıqlansa, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar daha dəqiq şərh verə bilərəm”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

O, Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması üçün addımlar atdığı barədə iddialara da münasibət bildirib. Ayaz Mütəllibovun sözlərinə görə, müəyyən şərtlər altında Rusiyanın işğal altında olan 7 rayonu Azərbaycana verməsi mümkündür.

“Azərbaycanın 7 rayon, ümumiyyətlə Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı mövqeyi tamamilə haqlıdır. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın da məsələyə necə yanaşması önəmlidir. Ermənistanın isə işğalçı mövqeyi bəllidir”,-deyə o bildirib.

Eks-prezident qeyd edib ki, Ermənistan tərəfi tələb olunan şərtləri qəbul etsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük addım olar:

“Azərbaycan dəfələrlə öz haqlı tələblərini və təkliflərini irəli sürüb. Ancaq Ermənistanın yürütdüyü siyasət nəticəsində bu tələblər öz həllini tapmayıb. Bu tələblər sırasında 7 rayonun qaytarılması məsələsi də var. Hətta 7 rayonun qaytarılması demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllidir”.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 Vilayət Eyvazovdan deputatların və ziyalıların tələbinə CAVAB 2 İyul 2020, 08:53 Vilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25 Deputat Masallıdakı içməli su problemini "Azərsu" sədrinə bildirdi 1 İyul 2020, 22:11 Qarabağ ermənisi azərbaycanlı deputatdan KÖMƏK İSTƏDİ 1 İyul 2020, 22:01 Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü 1 İyul 2020, 21:53 İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü: REAL onlayn qurultay keçirəcək 1 İyul 2020, 21:36 Yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanıldı 1 İyul 2020, 21:23 Ermənistandan Qarabağa gedən əsas yol 4 aylıq BAĞLANDI 1 İyul 2020, 21:14 AZAL İstanbula əlavə xüsusi reys təşkil edir 1 İyul 2020, 21:08 Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır 1 İyul 2020, 20:53 Bakıda evdən qadın meyiti tapılıb 1 İyul 2020, 20:41 Baş Nazir Prezidentin tapşırığı ilə icra başçılarını TOPLADI 1 İyul 2020, 20:25 Koronavirusun turizmə vurduğu zərər HESABLANDI 1 İyul 2020, 20:16 “Qarabağ”  keçmiş futbolçusunu geri qaytardı 1 İyul 2020, 20:02 Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü 1 İyul 2020, 19:37 Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib 1 İyul 2020, 19:28 Qurban bayramında 4 gün iş olmayacaq 1 İyul 2020, 19:10