Modern.az

Hansı Azərbaycan abidələri YUNESCO-nun əsas irs siyahısına düşəcək?

Hansı Azərbaycan abidələri YUNESCO-nun əsas irs siyahısına düşəcək?

Mədəni̇yyət

27 Aprel 2015, 21:57

 

1945-ci ildə Fransanın Paris şəhərində yaradılan YUNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Bu təşkilatın siyahısında dünyanın həm maddi,  həm də mənəvi irsin qorunması əsas istiqamətlərdən sayılır. YUNESCO-nun Ümumdünya irsi siyahısında dünyanın 134 ölkəsinin adı var.  

Modern.az YUNESCO-nun Ümumdünya İrs və Qeyri-Maddi Mədəni İrs siyahısındakı yerindən danışacaq:  

Qeyd edək ki, təşkilatın Ümumdünya İrs siyahısındakı ilk yeri 47 abidə ilə İyaliya tutur. Bu siyahıda yalnız maddi olan və tarixi əhəmiyyət daşıyan, müxtəlif sivilizasiya və mədəniyyətlərin “şahidi” olan abidələr daxildir. İtaliya 47 abidə ilə birinci, İspaniya ikinci (43 abidə), Çin isə üçüncü yeri tutur (40 abidə).

Qonşularımızdan Rusiyanın 24, İranın isə 12 abidəsi bu siyahıda yer alıb. Rusiya siyahının 9-cü pilləsindədir.   Zəngin tarixə və bu tarixin maddi faktları olan tarixi abidələrə malik olmasına baxmayaraq çox təəssüflər olsun ki, Azərbaycan Ümumdünya İrsinin əsas siyahısında o irıli pillələrdə qərar tutmayıb. Bunun bir səbəbi də həmin irsin yenə də YUNESKO tərəfindən qeydə alınan Müvəqqəti Namizdələr siyahısından əsas siyahıya düşməsinin gecikmə faktıdır.

Azərbaycan 3 iyun 1992-ci ildə YUNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə ildə isə YUNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memarandum imzalanıb. Azərbaycanın YUNESCO-nun Ümumdünya İrs siyahısına salınan tarixi abidələri bunlardı:

İçərişəhər Dövlət Qoruğu – Azərbaycan tarixi üçün yüksək əhəmiyyıətə malik olan bu tikili 2000 –ci ildə YUNESCO-nun Ümumdünya İrs siyahısına salınıb. Şirvanşahlar Saray kompleksi, eləcə də Qız qalası da bu irsin tərkibindədir. 2013-cü ildə isə YUNESCO İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusu verdi.  Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulan ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.    

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu – Tək Azərbaycan yox eləcə də dünya tarixində ilk insan məskənlərindən olan Qobustanın da bu ali siyahıya salınması üçün Azərbaycan bir neçə dəfə YUNESCO-ya müraciət etdi. 2004-cü ildə və ondan sonra qurumunun xüsusi ekspertlər qrupu Azərbaycana gələrək Qobustanla tanış oldular.

Təbii ki, ekspertlər qrupunun müsbət qiymətini alan Qobustan 2007-ci ildə YUNESCO Ümumdünya irsinin əsas siyahısına salındı.   Bir neçə tariix abidələr var ki, olar beynəlxalq qurumun əsas yox, müvəqqəti namizdələr siyahısındadırlar. Əsas irs siyahısına salınması üçün Azərbaycan tərəfindən müraciətlər edilib. İnanırıq ki, həmin abidələr ali qurumun ikinci yox, birinci dərəcəli siyahısında da qərar tutacaq.

YUNESCO Ümumdünya İrsinin Müvəqqəti Namizədlər Siyahısında isə aşağıdakı tarixi abidələrin adı var:  

Şəki Xan Sarayı: 2001-ci ildəYUNESCO Ümumdünya İrsinin Müvəqqəti Namizədlər Siyahısına salınıb. Əhəmiyyət – “dünya əhəmiyyətli” kimi göstərilib və saraylar kateqoriyasında yer alıb.

Atəşgah – 1998-ci ildə adı çəkilən siyahıya əlavə edilib. Yaponiyalı K. Matsuronun baş direktor seçildiyi konfransda həm orta əsr Azərbaycan tarixinin, eləcə də uzaq Şərqin belə əsas tarixi obyektlərindən sayılan Atəşgah (Suraxanı rayonu), həm də Naxçıvan MR-da olan abidələr (“Gülüstan”qalası, Mömünə xatun, Yusif ibn Küseyr türbələri) Müvəqqəti Namizədlər siyahısına salındı.  

Bu siyahıdakı digər nümunələrimiz isə Şuşa şəhəri ilə bağlıdır. Şuşa şəhərində yerləşən tarixi abidələrin, məscid və mədəniyyət ocaqlarının qorunması üçün YUNESCO 2001-ci ildə siyahıya salınıb.   Daha sonra Xəzərdənizi ətrafındakı müdafiə konstruksiya obyektləri-qalalar da – 2001-ci ilin oktyabr konfransında həmin siyahıya əlavə edilib. Bir nömrə altında əlavə edilib. Həmin qalalar bunlardı: Beşbarmaq səddi, Gilgilçay səddi, Şıraqqala, Şabran qaları, Mərdəkan, Bayıl, Nardaran və Ramana qalaları  

Amma YUNESCO-nun digər bir irs siyahısı var ki, burada Azərbaycanın mövqeyini qənaətbəxş saymaq olar.

Bu Qeyri-maddi mədəni irs siyahısıdır ki, orada Azərbaycanın mövqeyi get-gedə güclənir.

Azərbaycan 2006-cı ildə  Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulub.  

Hazırda “Qeyri-maddi mədəni irs siyahısında” Azərbaycana aid 6 qeyri-maddi mədəniyyət nümunəsi var:

Muğam sənəti- 2003-cü ildə siyahıya əlavə olunub. Bundan sonra muğamın inkişafında xeyli irəliləyişlər hiss olunur.

Novruz bayramıAşıq sənəti eyni ildə 2009-cü ildə bu ali siyahıya əlavə edilib.

Xalçaçılıq sənəti 2010-cu, çövkən milli oyunu 2012-ci, kəlağayı isə 2014-cü ildə ali irs siyahısına əlavə edildi.  

Elmin NURİ


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!