Bursa Valiliyi o 
ktyabrın 14-də Türkiyə və Ermənistan arasında keçiriləcək futbol matçını izləmək üçün Bursa stadionuna gələnlərin bu iki ölkənin bayrağından başqa  bayraq gətirmələrinə qoyduğu qadağanı ləğv etməli oldu. Bu barədə oktyabrın 13-də günün ikincı yarısında Türkiyə mətbuatı xəbər verib. Xatırladaq ki, Bursa Valiliyinin  bu qərarı Türkiyədə ciddi narazılıq doğurub. Buna hətta Türkiyə Böyük Millət Məclisində də etiraz bildirilib. İki Türkiyə vətəndaşı isə Bursa məhkəməsinə şikayət ərizəsi təqdim edib.  
  Şikayətçilər bu qərarın ləğv olunmasını istəyiblər. 
    
Oktyabrın 13-dı Bursa valisi Şahabettin Harput azarkeşlərin stadiona Azərbaycan və Quzey Kipr Türk Cümhuriyyətinin bayrağına gətirə biləcəyini deyib. Vali qərarın nə üçün qəfildən dəyişdirildiyinin səbəbini belə açıqlayıb: "Hər kəs bir tərəfə çəkir. Bizim təməl yanaşmamız Azərbaycan bayrağını istifadə və onu istismar edərək,  bir qisim şüarlarla Türkiyə-Azərbaycan əlaqələrinə, Türkiyə-Ermənistan münasibətlərinə  zərər verə biləcək bəzi səhv hərəkətlərə  mane olmaq idi. Məsələni Türkiyə milli matçının xaricinə çıxarıb, siyasi bir havaya soxmaqdadırlar". 
Modern.     az xəbər verir ki,  matçın keçirildiyi Bursa stadionunda işğalçı Ermənistan əleyhinə şüarlar səsləndirmək və tribunalarda Azərbaycan bayrağı dalğalandırmaq üçün ölkəmizdən olan bir qrup fəal gənc bir neçə gün öncə könüllü olaraq 
Türkiyəyə gediblər. Hazırda Bursada olan həmin gənclər arasında 
əməkdaşımız Rövşən Nəcəfov da var. 
  Oktyabrın 13-də hadisələr barədə redaksiyaməza məlumat verın əməkdaşımız bildirib ki, Azərbaycandan gedən gənclər barədə xəbər tutulandan sonra  onlardan bəzilərinə güclü nəzarət olunub, yerli hakimiyyət orqanları hər vəchlə onların nəinki stadiona Azərbaycan bayrağı keçirmələrinə, hətta oyuna baxmağa buraxmaq istəmirmiş: "Amma yerli sakinlər bizə böyük dəstək verirdilər. Biz necə olursa-olsun türk qardaşlarımızın köməyilə Bursa stadionuna Azərbaycan bayrağı keçirəcəkdik. Bütün qadağalara baxmayaraq onu matçı izləyən hər kəs görəcəkdi. Ən son məlumata görə, qadağa ləçv olunub". 
  Qeyd edək ki, Azərbaycandan gedən gənclər əvvəlcədən bu səfəri gizli saxlamışdılar.
  Xatırladaq ki, oktyabrın 14-də Bursa stadionunda keçiriləcək Türkiyə-Ermənistan oyununu işğalçı dövlətin prezidenti Serj Sarkisyan da izləyəcək. Artıq stadion ətrafında  güclü təhlükəsizlik tədbirləri görülüb.   
  "Modern.az"