Modern.az

Elgiz Əkbər “Toy olsun”un aparıcılığından getməyə hazırlaşır

Elgiz Əkbər “Toy olsun”un aparıcılığından getməyə hazırlaşır

2 Dekabr 2010, 12:41

ANS telekanalında yayımlanan “Toy olsun” verilişinin aparıcısı Elgiz Əkbər bu proqramı tərk etməyə hazırlaşır. O, gələn ildən telekanalın yeni proyektində aparıcılıq edəcək.

Elgiz Əkbər Modern.az saytına bildirib ki, “Toy olsun”da bu ilin sonuna kimi aparıcı olacaq. “ANS televiziyası ilə bağladığım müqaviləyə görə, “Toy olsun” verilişinə bu ilin sonuna kimi aparıcılıq etməliyəm. Ola bilsin ki, gələn il bu verilişi aparmayım, başqa aparıcı təyin olunsun. Mənim çox böyük proyektim var. Nəinki Azərbaycan, dünya televiziya məkanında indiyənəcən analoqu olmayan bir proyekt olacaq, dünyanın heç bir yerində belə bir şey olmayıb. Bu sırf mənim fikrimdir, mən düşünmüşəm. Layihə böyük olduğu üçün bəlkə “Toy olsun” verilişinə aparıcılıq etməyə vaxtım olmadı”.

Gələn ildən bu layihə ilə məşğul olmaq fikrində olan Elgiz Əkbər proyekt haqqında heç bir məlumat verməyib. “Proyekt haqqında danışa bilmərəm, oğrular çoxdur. Allah qismət etsə, gələn ilin sentyabr ayında həmin proyekt gerçəkləşər, sizdə görərsiz”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir