Modern.az

Bu Avropa ölkəsində ultramillətçi xanım prezident seçilə bilər

Bu Avropa ölkəsində ultramillətçi xanım prezident seçilə bilər

Dünya

9 Fevral 2016, 11:26

 

Fransanın ultramillətçi “Milli Cəbhə” partiyasının sədri Marin Le Pen 2017-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qadın siyasətçi qonağı olduğu telekanallardan birində deyib.   “Mən doğrunu qoruyan namizəd olacam. Fransa vətəndaşlarına yalan satmaqla məşğul olamayacam”.  

2012-ci ildə prezident seçkilərində iştirak etmiş Marin Le Pen Fransua Olland və Nikolya Sarkozidən sonra 18% səslə 3-cü yeri tutumuşdu.

Miqrant böhranı və Parisdəki silsilə terror aktları fonunda “Milli Cəbhə” partiyasının populyarlığı artıb. Sonuncu regional seçimlərdə 6 milyon fransız partiyaya səs vermişdi.  

"Milli Cəbhə" partiyası 1972-ci ildə Jan Mari Le Pen tərəfindən yaradılıb. 2011-ci ildən rəhəbrlik onun qızı Marin Le Penə keçib.      

Vüqar İsmayılov  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır