13 yanvar bir sıra tanınmış şəxslərin ömür yoluna işıq salıb. Eyni zamanda bu tarix bir sıra hadisələrlə yada qalıb.
1915-ci ilin bu günündə İtaliyada zəlzələ 30 000 insanın həyatına son qoyub
1990-cı ilin bu günü Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığı elan olunub.
Elə həmin gün sovet xüsusi xidmət orqanlarının gizli əməkdaşlarının təhriki ilə Bakıda yaşayan ermənilərə qarşı talanlar başlanıb. SSRİ “KQB”sinin ssenarisi üzrə başlanan bu məqsədli təxribat Bakıya ordu birləşmələrinin yeridilməsini (20 Yanvar qırğını) əsaslandırmalı idi. Üç gün sürən talanlardan sonra ermənilərin Bakıdan kütləvi köçü (təxminən 200 min nəfər) başlandı.
1991-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.
1896-cı ilin 13 yanvarında Kommunist partiyasının tanınmış nümayəndəsi Ruhulla Axundov anadan olub. Sovet dövlət və partiya xadimi, publisist, alim olan Ruhulla Axundov 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1925-26-cı illərdə Azərbaycan Kommunist Partiyasının I katibi olub.
Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlib. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil alıb, bir neçə Şərq və Avropa dillərini bilirdi.
Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, "Kommunist" qəzetinin və digər dövrü nəşrlərin redaktoru olub.
1924-1930-cu illərdə Azərbaycan KP(b)MK-nın katibi, “Azərnəşr”in direktoru, Azərbaycan SSR maarifi xalq komissarı vəzifələrini tutub. 1930-cu ildə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilib.
K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdəndir. Tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, iki cildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olub. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilib, partiya sıralarından çıxarılaraq həbsə alınıb. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilib. Güllələnərək NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılıb. Ölümündən sonra bəraət alaraq və 1959-cu ildə partiya üzvlüyü bərpa olunub.
Rus fiziki Aleksandr Popovun vəfatından 105 il keçir. O, 4 mart 1859-cu ildə anadan olub. Məşhur rus fiziki radionun ixtiraçısı kimi dünyada tanınır.. Aleksandr Popov 13 yanvar 1906-cı ildə dünyasını dəyişib.
1902-ci ildə SSRİ-nin doğulub Georgi Malenkov anadan olub.Kommunist Partiyasının görkəmli xadimlərindən olan Malenkov Stalin dövrünün Siyasi Büronun üzvü olub. O həmçinin baş nazirin müavini və Mərkəzi Komitənin ikinci katibi olub. Stalin vəfat edəndən sonra iki ərzində SSRİ- Nazirlər Sovetinin sədri vəzifəsini tutub.
30-cu illər Stalin “təmizləmələrində” mühüm rol oynayıb. Xruşşova qarşı partiya daxilində müxalifətin yaradılmasında iştirak edib. “Alternativ partiya hərəkatı” yaradaraq Xruşşovu devirməyə cəhdi etsə də uğursuzluğa düçar olub. 1957-ci ildə Mərkəzi Komitədən uzaqlaşdırıaraq Qazaxstana su elektrik stansiyasna rəhbər göndərilib. 1963-cü ildə təqüdə çıxdıqdan sonra memuarlarını yazıb. Sonradan Malenkovun 1964-cü ildə partiyadan çıxarlıdığı bəlli olub. 1988-ci ildə dünyasını dəyişib.
2003-cü ilin yanvarın 13-də populyar müğənni, xalq artisti Mirzə Babayev vəfat edib. Məşhur müğənni və aktyor Mirzə Babayev 1913-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. O M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini bitirib.
Daha sonra incəsənətə olan sevgisi onu Konservatoriyanın auditoriyalarına gətirir və o orannın vokal sinfini bitirir. 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Memar kimi Nizami Muzeyinin layihə çəkilişində iştirak edib. Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə "Humay" mükafatı laureatı olub.
M.Babayev 2003-cü ilin yanvarın 13-də ömrünün 90-cı ilində vəfat edib.