Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə oktyabrın 31-də və noyabrın 1-də yağan leysan yağışlar nəticəsində respublikadakı bəzi çaylarda daşqınlar olub.
Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Balakən, Zaqatala, İlisuya yağan leysan Böyük Qafqazın Balakən-Zaqatala-Qax bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Kürmükçay və Ağçaydan qısamüddətli daşqınların keçməsinə səbəb olub.