Modern.az

9 yol polisi işdən qovuldu

9 yol polisi işdən qovuldu

Ölkə

24 Fevral 2011, 18:31


Daxili işlər nazirinin əmri ilə Yol Patrul Xidmətinin üç əməkdaşı xidmətdən xaric olunub və altı əməkdaşı tutduqları vəzifədən azad edilib. Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

"Yol  hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunmuş, habelə xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş altı Yol Patrul Xidməti əməkdaşı tutduqları vəzifədən azad edilmişlər"-deyə nazirlik bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı