Deputat Elmira Axundova Modern.az saytına bildirib ki, hazırda dünyanın bəlası kimi dəyərləndirilən “donuz qripi” məsələsi ilə çox maraqlanır: “Avropada “donuz qripi” barədə heç bir təşviş yoxdur. Ancaq keçmiş possovet məkanında böyük bir həyacan yaranıb. Bəlkə doğrudan da bu, məkrli oyunlardır. Mümkündür ki, bu bəla bizi xərcə salmaq üçün ortaya atılıb. Ya da qeyri-stabillik yaratmaq istəyirlər. Gəlin açıq danışaq, niyə “donuz qripi”ndən ən çox əziyyət çəkən Ukraynadır? Burada nəsə araşdırmalı məqamlar var. Ona görə də bu problemin sabah Gürcüstanda da böyüməsindən təəccüb etmərəm”.