Modern.az

Nazir müavini deputata cavab verdi

Nazir müavini deputata cavab verdi

Ölkə

12 Noyabr 2009, 16:53

Parlamentin noyabrın 11-də keçirilən iclasında millət vəkili Elmira Axundova ünvanlı sosial yardımın Azərbaycanda səmərə vermədiyini deyərək onun ləğvini təklif edib. Əmək və Əhalinin sosial müdafiə nazirinin müavini İlqar Rəhimov Modern.az-a eksklüziv açıqlamasında məsələyə münasibət bildirib. Nazir müavini deyib ki, Azərbyacanda işləyən adamlara ümumiyyətlə ünvanlı sosial yardım verilmir. O, deputatın fikri ilə razılaşmadığını bildirib. “İşləyən adamların yalnız 7 %-nə ünvanlı sosialı yardım verilir ki, onlar da aşağı əməkhaqqı alanlar və ailələrində çox uşaq olanlardır. Belə ailələrin uşaqlarını hansısa işə cəlb etmək mümkün deyil. Onların təhsil, səhiyyə və başqa problemləri var. Mən hesab edirəm ki, ünvanlı sosial yardımın verilməsi səmərəli bir mexanizmdir”. İ.Rəhimov deyib ki, iqtisadi böhran şəraitində ünvanlı sosial yardım verən dövlətlərdə bu iş vətəndaşlara çox böyük səmərə verir: “Azərbaycanda ünvanlı sosial yardımın səmərə verməməsi barədə deyilən fikirlə qəti razı deyiləm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?