Modern.az

Deputatdan Penitensiar Xidmətə İTTİHAM

Deputatdan Penitensiar Xidmətə İTTİHAM

Ölkə

15 Dekabr 2017, 12:39

“Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

 

Deputatın sözlərinə görə, bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik.

 

Deputat bildirib ki, Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin.

 

“Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq.

 

Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu