Modern.az

Qısqanclıq zəminində cinayətlərin sayı artıb

Qısqanclıq zəminində cinayətlərin sayı artıb

Ölkə

2 Dekabr 2009, 17:42

Müsəlman kişiləri mental dəyərlərə üstünlük verirlər

 

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması yaz sesiyasında da  baş tutmadı. Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı qanun layihəsinin ilkin müzakirəsi millət vəkillərinin ciddi iradları ilə üzləşmişdi. Ölkədə məişət zorakılığının mövcudluğunu etiraf edən deputatlar onun aradan qaldırılmasında hüquq proseduralardan çox mental dəyərlərin nəzərə alınmasını israr edirdilər. Məlumata görə, insan hüquqlarının bərabərliyi prinsipini əsas gətirən  bir çox Avropa ölkələri belə bir qanunun qəbuluna qarşı çıxıblar. Azərbaycanda isə belə bir qanunun qəbuluna ehtiyac olub-olmaması barədə fikirlər müxtəlifdir. Onu da qeyd edək ki, sözügedən qanunun ilkin müzakirəsi göstərdi ki, ölkədə  bu qanuna sırf insan hüquqlarının qorunması baxımından deyil, cinsi ayrı-seçkilik baxımından yanaşılır. Əvvəla bildirək ki, Azərbaycan adətində  qadınlara qarşı münasibət hər zaman hörmət və sayğı ilə müşahidə olunub. Hətta qadınlara qarşı münasibət birbaşa anaya olan münasibət səviyyəsində eyniləşdirilib. Eyni zamanda, Azərbaycanda məişət zoraklığının qarşısının alınması istiqamətində Milli Məclis və  ayrı-ayrı dövlət orqanları tərəfindən müəyyən  işlər görülüb. Buna baxmayaraq, etiraf edilməlidir ki, ailə münaqişələrinin aradan qaldırmaq istiqamətində köklü dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var. Hazırda Azərbaycanda həm parlament, həm də hökumət səviyəsində bu istiqamətdə  müəyyən işlər görülür. Amma bu heç də o demək deyil ki, Azərbaycanda müxtəlif orqanlar tərəfindən bu  istiqamətdə görülən işlər nəticəsində problemi tamamilə aradan qaldırmaq mümkün olacaq. Bu baxımdan, müvafiq qanunvericilik bazası yaradılmaqla mövcud problemlərin aradan qalıdırlması istiqəmətində fəaliyət davam etdirilməlidir. Belə fəaliyyətlə daha çox hüquq mühafizə orqanları məşğul ola bilər ki, bunun nəticəsində ailə münaqişəsi zəminində baş verən hadisələrin sayını qismən də olsa azaltmaq mümkündür.

 

Profilaktik tədbirlər niyə yaddan çıxıb?

 

Son vaxtlar ailə münaqişə zəminində baş verən cinayət hadisələrinin sayının artımı müşahidə olunur.  Nəticədə valideyinlərdən biri türməyə gedir, digəri isə dünyasını dəyişir. Bunun ağrı-acısını isə onların yaxınları və ümumilikdə cəmiyyət yaşamalı olur. Belə halların qarşısını almaq üçün mümkündür ki, sahə müvəkkilləri münaqişəli ailələri qeydiyyata alaraq mütəmadi profilaktik tədbirlər həyata keçirsin. Bu zaman baş verə biləcək hər hansı cinayət hadisəsinin  qarşısını qismən də olsa almaq imkanı yaranar. Təssüf ki, hazırki şəraitdə hüquq mühafizə orqanları ya cinayət faktının baş verməsini, ya da vətəndaşın ərizə ilə müraciət etməsini gözləyirlər. İş o həddə çatıb ki, hətta şifahi qaydada müraciət edildikdə belə, mövcud vəziyyəti öyrənməkdən yayınırlar. Əslində isə nəzərə alınmalıdır ki, ailə daxili münasibətlər təkcə ailənin daxili işi deyil.  Əksinə, bu məsələ həm də cəmiyyətin işidir. Çünki ailədə baş verən hər hansı zorakılıq halları orada  böyüyən uşaqlara təsirsiz ötüşmür. Sonradan  cəmiyyətin özəyini təşkiil edən  həmin uşaqlar ailədə mənimsədikləri zoraklıq hallarını cəmiyyətə siraət etməkdə maraqlı olurlar. Bu isə nəinki cəmiyyət, hətta dövlət üçün təhlükəli hal kimi dəyərləndirilməlidir. Bu baxımdan, məişət zorakılığı, ailədaxili zorakılıqlar cəmiyyətin və dövlətin birbaşa problemidir. Həmin səbəbdən onların bu məsələlərə birbaşa müdaxilə etmələri çox vacib məsələdir.

Statistik məlumata görə, hazırda həbsxanalarda çoxlu sayda ailədaxili zorakılığın qurbanı olan qadınlar cəza çəkir. Ailədaxili zorakılığın nəticələri müxtəlif formada təzahür edir. Onlar arasında  valideyinlərini qətlə yetirən uşaqlar, yaxud, ərini (arvadını) öldürənlər mövcuddur. Cəmiyyətdə baş verən neqativ hallar isə qısqanclıq zəminində baş verən cinayətlərin həcmini artırıb. Yəni cəmiyyətin inkaşafında qarşısıalınmaz proses olan inkişaf tendensiyası, müasirlik mental dəyərlərlə  ziddiyət təşkil edir ki, bu da nəticə etibarilə müsəlman kişilərinin qısqanclığını səbəb olur. Belə məsələləri isə "Məişət zorakılığının qarşısının alınması haqqında", eləcə də digər qanunların qəbulu ilə almaq mümkünsüzdür. O səbəbdən ailədaxili münasibətləri tənzimləyən har hansı sənədin müzakirəsində  zaman, coğrafi məkan və adət-ənənələr mütləq nəzərə alınmalıdır. Əks halda, məişət zoraklıq hallarının qarşısının alınması yox, onların daha da artmasına rəvac verilmiş olar. 

Ailə problemlərinə komplek yanaşılmalıdır 

Düzdür, söhbət ondan getmir ki, ailədə qadınlara qarşı  baş verən hər xırda məsələlərdən ötrü inzibati tədbirlər həyata keçirilsin. Əslində  ailənin istənilən üzvü hüquq çərçivəsində müdafiə olunmalıdır. Belə halda ailədaxili müşaqişələrin aradan qaldırılması üçün ailə üzvlərinin problemlərini kompleks yanaşılmalıdır. Ekspertlərin fikrincə, ailədixili zorakılığın və münaqişələrin qarşısının alınması üçün daha səmərəli variant tərəflərin maarifləndirilməsindən keçir. Maarifləndirmə isə ailənin müqəddəsliyinin qorunub saxlanması, onun cəmiyyyətin və dövlətin, gələcək nəslin formalaşmasında  rolu istiqamətində aparılmalıdır.  Dövlətin və cəmiyyətin borcu ondan ibarət olmalıdır ki, ailə üzvlərinin  hüquqlarını qorusun. Bu zaman hüquqi prosedurların ortaya çıxmasına ehtiyac yaranmaz.

Qadın hüquq müdafiə təşkilatlarının qənaətincə, hazırda qadınların hüquqları hüquqi müstəvidə lazımi səviyyədə qorunmur. Cinayət Məcəlləsində  xüsusi müddəalar var ki, zorakılığa məruz qalan qadın hüquq mühafizə oranlarına müraciət edə bilər. Ancaq bundan sonrakı proseslərin necə cərəyan edəcəyi qeyri-müəyyəndir. Demək çətindir ki, belə addımı atan qadın sonradan  yenidən həmin ailədə yaşaya biləcəkmi. Etiraf edilməlidir ki, Azərbaycanda belə hallar

 mental məsələlərlə bağlıdar. Ona görə, dövlət tərəfindən belə ailələrin, xüsusən uşaqların gələcəyini düşünərək onları müdafiə edən mərkəzlər yaratmalıdır. Bu mərkəzlər profilaktik tədbirlər baxımından hüquq-mühafizə orqanlarını əvəz edə bilər.

Qeyd edək ki, məişət zorakılığının müxtəlif formaları  olduğundan məsələyə fərdi qaydada yanaşma tələb olunur. Elə buna görə də Cinayət Məcəlləsi ilə şəxsiyyət əleyhinə edilən hər hansı qeyri-qanuni hərəkət məsuliyyətə səbəb olur. Belə halda ailə daxilində baş verən kriminal hadisələrin xüsusi qanunla tənzimlənməsi hansı zərurətdən doğur? 

Alim Hüseynli

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi