Modern.az

Rusiya Ukraynaya 1500-ə yaxın dron atdı

Rusiya Ukraynaya 1500-ə yaxın dron atdı

Dünya

Bu gün, 21:40

Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanı davamlı zəiflətməyə çalışır.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiya son dörd gündə Ukraynaya müxtəlif tipli 1500-ə yaxın dron buraxıb. Onların təxminən 800-ü reaktiv “Şahed”lər olub.

Zelenski reaktiv dronların zərərsizləşdirilməsinin ən mürəkkəb vəzifə olaraq qaldığını, hazırda bu işin əsasən Ukraynanın döyüş təyyarələri tərəfindən həyata keçirildiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, dörd şirkət dronları məhv etmək üçün nəzərdə tutulan önləyici pilotsuz aparatlar hazırlayıb və layihələrdən biri daha yüksək nəticə göstərib.

Zelenski Rusiya dronlarının məhv edilməsi imkanlarının maksimum dərəcədə artırılması barədə tapşırıq verib. O, Ukraynanın payızda hava hücumundan müdafiə sisteminin effektivliyini 90 faizdən yuxarı qaldırmalı olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...