“Bu gün Girnədən Mersin Taşucuna gedən sərnişin gəmisinin batması ilə əlaqədar millətimizə və Kipr türk xalqına başsağlığı verirəm”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan teleqram kanalında yazıb.
“Qəzadan dərhal sonra Şimali Kipr Türk Respublikasının hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində geniş axtarış-xilasetmə əməliyyatlarına başladıq.
Bu səylər nəticəsində 237 sərnişin və heyət üzvü təhlükəsiz şəkildə xilas edildi, lakin təəssüf ki, 7 qardaş və bacımız həyatını itirdi.
İtkin düşənlərin tapılması üçün səylər fasiləsiz davam edir. Bu səylərdən müsbət xəbərlər alacağımıza ümid edirik.
Dövlətimizin bütün resurslarını səfərbər etdiyimiz bu prosesi diqqətlə izləyirik.
Qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verirəm və xilas edilən vətəndaşlarımızın tezliklə sağalmasını arzulayıram”, – deyə Ərdoğan qeyd edib.