Modern.az

Ermənilərin özündən daha çox erməni ola bilmərik

Ermənilərin özündən daha çox erməni ola bilmərik

Dünya

30 Avqust 2026, 21:07

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Rusiyadan uzaqlaşması məsələsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşün bu prosesi dayandırıb-dayandırmayacağı barədə sualı cavablandırıb.

“Yüksək səviyyəli hər bir təmas vacibdir. Prezident bu görüşdən arqumentlərimizi bir daha xatırlatmaq üçün istifadə edəcək. Lakin biz ermənilərin özündən daha çox erməni ola bilmərik. Öz taleləri ilə bağlı qərarı ermənilər özləri verəcəklər. Biz də onlara referendum keçirməyi təklif edirik. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçıları da bunu təklif ediblər. Görüşdə bütün bunlar müzakirə olunacaq”, – Kremlin sözçüsü bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC