Modern.az

Daha bir diktator öldü

Daha bir diktator öldü

Ölkə

19 Dekabr 2011, 10:44

Dekabrın 19-da Şimali Koreyanın diktatoru Kim Çen İr 70 yaşında vəfat edib. Xəbərlərdə diktatorun ürək çatışmazlığından və ya mədəaltı vəzi xərçəngindən vəfat etdiyini bildirilir.
2008-ci ildə bir infarkt keçirdiyi bildirilən Şimali Koreya lideri son ziyarətlərini Çin və Rusiyaya etmişdi.

Kim Çen İr Şimali Koreyanın (Koreya Xalq Demokratik Respublikası) hakimiyyət başına 1994-cü ildə, atası Kim İr Senin ölümündən sonra gəlib. Kim Çen İr nüvə silahı yaratmaq iddiasına görə beynəlxalq ictimaiyyətinin əsas qınaq obyekti olub. 17 illik hakimiyyəti dövründə ölkənin regional, eləcə də aparıcı dünya ölkələri ilə münasibətləri pisləşib.


Şimali Koreyada mərhum dövlət başçısının varisi kimi onun ən gənc oğlu Kim Çen Unun hakimiyyətə gətirilməsi istiqamətində hazırlıq işlərinin həyata keçirildiyi bildirilib. Şahzadə Kim Çen Un Şimali Koreyanın mərhum liderinin üçüncü oğludur. İngilis, fransız və alman dillərini bilir. İsveçrədə təhsil alıb Qərb mədəniyyəti ilə yaxından tanışdır.
Məlumatlara görə, varisin xizək və basketbola böyük həvəsi var. Əfsanəvi basketbolçu Maykl Cordan və kino ulduzu Jan-Klod Van Dammın heyranıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı