Modern.az

7 gün iş olmayacaq

7 gün iş olmayacaq

Ölkə

19 Mart 2012, 11:13

Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib.

Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, 2012-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində baş verəcək.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı