Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev yenidən Bakı şəhər prokurorluğuna çağırılıb. Bu barədə Modern.az saytına Almurad Əliyev özü məlumat verib. O, hal-hazırda prokurorluqda olduğunu və daha sonra ətraflı məlumat verəcəyini bildirib.
Qeyd edək ki, Almurad Əliyev Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi haqda Bakı şəhər prokurorluğuna etdiyi müraciətlə bağlı artıq ikinci dəfə ifadə verməyə çağırılıb.
Anar RÜSTƏMOV