Modern.az

Goranboyda yarımstansiyada YANĞIN

Goranboyda yarımstansiyada YANĞIN

Ölkə

10 Sentyabr 2023, 15:33

Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyanın ərazisində gücü 40 kVt olan transformatorun yağı və sarğıları, 68 p.m yeraltı kabel, ümumi sahəsi 600 m² olan birmərtəbəli yarımstansiyanın zirzəmisində şkaflara yığılan elektrik kabelləri 1500 p.m, 1-ci mərtəbədə hər birinin sahəsi 35 m² olan 2 otaqda 6 ədəd gücü 10 kVt olan reaktor, ümumi sahəsi 140 m² olan otaqda quraşdırılan 30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yüksək temperaturdan ümumi sahəsi 112 m² olan idarəetmə mərkəzinin 5 ədəd idarəetmə paneli, 12 ədəd rele paneli və 1 ədəd kondisioner əriyib.

 

Yarımstansiyanın içərisində olan qurğular, kabellər və ərazidə olan digər transformatorlar yanğından mühafizə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir