Sovet dövrünün görkəmli dövlət xadimi, ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı SSRİ-nin ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri Nəriman NərimanovunMoskvada, Kreml meydanındakı məzarının köçürülməs məsələsi gündəmdədir.
Rusiya rəhbərliyi belə bir qərar verəcəksə, demək, N. Nərimanovun məzarının köçürülməsi qaçılmaz olacaq.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Moskva nümayəndəliyinin katibi, şair Nəsib Nəbioğlu Modern.az saytına məktub yazıb.
O, öncə Qızıl Meydandakı xatirə qəbirstanlığı barədə geniş məlumat verib. Ardınca isə əsas məsələyə, N. Nərimanovun nəşinin köçürülməsinə toxunub.
- Qızıl Meydandakı xatirə qəbirstanlığı Moskvanın qeyri - adi qəbirstanlıqlarından biridir. Kreml divarlarının Qızıl meydana açılan tərəfindəki divar boyunca dəfn olunanlarla bərabər yandırılmış meyitlərin külləri də saxlanılır. Qızıl Meydanda dəfn olunanlaradan əsas üstünlüyü SSRİ - nin görkəmli dövlət xadimlərinin və sərkərdələrinin qəbirləri tutur. Bundan başqa, burada elm xadimlərinin, dünya miqyasında tanınan kommunistlərin - Con Rid, Klara Setkin, Sen Katayama kimi insanların qəbirləri də Kremlin divarlarındadır.
Sovet dönəmində Qızıl meydanda ilk qəbir 1917-ci ildə qazılıb. Həmin ildə baş verən toqquşmalarda həlak olan inqilabçıların məhz burada dəfn edilməsi məsələsi qaldırılıb, ilk inqilabçıların dəfn mərasimi noyabr ayınin 10-a salınıb. Elə o vaxtlar burada qardaşlıq qəbirstanlığı yaratmaq ideyasını da irəli sürüblər. İlk dövlət xadimlərindən olan Y.M. Sverdlov 1919-cu ildə ayrı bir qəbrdə burada dəfn edilib.
Artıq 1927 - ilə qədər Qızıl Meydanda 15 qəbir var idi, sonralar bu ənənə halını aldı və hazırda burada 300 dən artıq insanın qəbri var. Y.M. Sverdlovdan sonra isə 1924-cü ildə V.İ.Lenin öləndən sonra burada Leinin Mavzoleyi tikiblər. Bura Kreml qəbrstanlığının mərkəzi hesab olunur. Daha sonralar, Qızıl Meydanda sovetin məşhur, görkəmli dövlət xadimlərindən olan: Frunze, Dzerjinskiy, Kalinin, Jdanov, Voroşilov, Budyonnıy, Suslov, Jukov, Brejnyev, Andrapov,Çernenko dəfn olunublar.
1961 - ci ildə Stalinin nəşini Mavzoleydən çıxarıblar və Qızıl Meydanda dəfn etdilər. Burada yalnız SSRİ dövlət xadimlərini deyil, onların qohumları və başqa insanlarda dəfn olunub. Burada V. İ. Lenini anası Ulyanova, həyat yoldaşı Krupskaya, məşhur təyyarəçi Valeriy Çkalov, rus və sovet yazıçısı M. Qorkil dəfn edilib.
1930 - ildən 1980 - illərə qədər Qızıl Meydanda 114 nəfər dəfn olunub, ya da cəsədləri yandırılaraq Kremlin divarlarının arasına qoyulub hörülüb. Qızıl Meydanda 1985 - ci ilin martında dəf edilən ən sonuncu adam K.U. Çernenko olub. 1953 - cü ildə Stalinin ölümündən sonra Nazirlər Sovetinin xususi qərarına əsasən Mavzoleydən Leninlə Stalinin nəşinin göçürülməsə qərara alınsa da, bu ideya baş tutmayıb. 1950-ci illərdən ta üzü bəri dəfələrlə bu qardaşlıq xatirə qəbirstanlığının köçürülməsi məsələsi qaldırıləb, 90-cı illərin əvvələrində bu məsələ daha geniş vüsət alıb.Amma bütün səylərə baxmayaraq müxtəlif səbəblərə görə bu qəbirstanlığın köçürülməsi baş tutmayıb.
Son aylarda Qızıl Meydanda, eləcə də Kremlin divarlarında dəfn edilən insanların nəşlərinin Mıtışi qərstanlığına köçürülməsi məsələsini qaldırıblar.
Onu da deyim ki, bu qəbrisatanlıq 40000 qəbr üçün nəzərdə tutulur. Burada işlər artıq 2008-ci ilin martın 15 dən gedir. Bu yeni salınan Xatirə qəbrstanlığı SSRİ-nin, Rusiyanın dövlət xadimlərinin, qəhrəmanlarının, kosmanavtların, sərkərdələrinin Rusiya dövləti qarşısında böyük xidmətləri olan insanların dəf edilməsi üçün nəzərdə tutulub. Bu panteon Rusiyanın ən boyük başlıca qəbstanlığı olacaq.
Bu gün qaldırılan məsələnin nə şəkildə həll edilməsi hələ qaranlıq qalır. Yalnız bu hökümətin xüsisi qərarıyla və dövlət başçısının razılığı ilə həll oluna bilər. Amma qanunvericiliyyə görə bu nəşlərin köçürülməsinə onların qohumlarının, yaxın adamlarının icazələri lazımdır. Bu isə cox cətin məsələdir, cünki dəfn olunanların içərisində elələri var ki, onların qohumlarını tapmaq müşkül işdir. Hələ ki, Rusiyanın rəhbərliyi tərəfindən belə rəsmi bir qərar verilməyib. Bu addımı atmaq da çox asan iş deyil. Həm də nəzərə almaq lazımdır ki, 1995 - ci ildə YUNESKO rəsmi olaraq Qızıl meydandakı bu qəbristanlığı ölkənin milli-mədəni sərvəti elan edib və dünyanın “qeyri-maddi mədəni irsi” siyahısına daxil olunuşb.
Əgər belə bir qərar olarsa, onda Azərbaycan hökuməti şübhəsiz bu qardaşlıq qəbstanlığında uyuyan insanına, böyük dövlət və siyasi xadiminə, böyük yazıçısına N. Nərimanova sahib çıxacaq. Hamımıza yaxşı mılumdur ki, N. Nərimano 1925-ci ildə müəmmalı şəkildə ölüb(?). O, Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmiş yeganə azərbaycanlıdır. Ona sahib çıxmalıyıq.
Modern.az