Demokratik düşərgənin tanınmış simalarından olan İlham Hüseyn Ədalət Partiyasına keçib. Bu barədə Modern.az saytına Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, İlham Hüseyn partiyanın Siyasi Şurasının bu gün keçirilən növbəti iclasının qərarıyla bundan sonra “Ədalət”in Siyasi Şurasında təmsil olunacaq.
Qeyd edək ki, Hüseyn İlham Cabbar oğlu milli-azadlıq hərəkatında yaxından iştirak edib, Elçibəy hakimiyyəti zamanında Zəngilan rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. İcra başçısı işlədiyi dövrlərdə yaratdığı könüllü müdafiə batalyonu ilə uğurlu hərbi əməliyyatlara rəhbərlik edib. Onun yaratdığı müdafiə batalyonunun Qafan rayonunun 12 kəndini alması, xeyli erməni hərbi birləşmələrini tərksilah etməsi Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin ən böyük qələbələrindən biri kimi tanınırdı.
İxtisasca ali dərəcəli həkim olan İlham Hüseyn həm də Milli Şuranın üzvü və “El” hərəkatının liderlərindən olub.
Modern.az