st1:*{behavior:url(#ieooui) }
3 yanvar 1994-cü il. İrkutsk hava limanından qalxan TU-154 sərnişin təyyarəsinin 12 dəqiqə sonra “hidro” sistemindəki nasazlığa görə mərkəzi mühərriki alışıb yanır. Avialayner qarla örtülü sahəyə düşür. Təyyarənin bütün heyət üzvü-116 nəfər sərnişin, 9 nəfər ekipaj üzvü və hadisə baş verən zaman yaxınlıqda olan fermer həlak olur.
6 dekabr 1997-ci il. “RUSLAN” AN-124 nəqliyyat təyyarəsinin 2 dəqiqədən sonra sol mühərriki dayanır. Təyyarəçilər nə qədər çalışırlar təyyarəni kurs üzrə döndərsinlər, lakin o yanı üstə yerə düşür. Təyyarənin qanadı ikimərtəbəli evi dagıdır, özü isə beşmərtəbəli kərpic evin üzərinə düşür. 71 nəfər həlak olur.
2001-ci il iyulun 3-də pilotların səhvi üzündən İrkutsk hava limanından 20 km
aralı, Burdakov qəsəbəsinə yaxın TU-154 M sərnişin təyyarəsi də yerə düşür, yanğın baş verir. 136 sərnişin və ekipajın 9 üzvü yanır.
2006-cı il iyulun 8-dən 9-na keçən gecə A-310 sərnişin təyyarəsi İrkutsk hava limanında yerə enərkən enmə zolağından sürüşərək qaraja dəyib yanır. 125 nəfər həlak olur.
Ardıcıl yaşanan bu aviaqəzaların hamısı Şərqi Sibirin paytaxtı İrkutsk üzərində baş verib. Jurnalistlər hətta bu yeri Bermud üçbucağının analoqu olaraq “İrkutsk üçbucağı” adlandırırlar.
Bəlkə UNO-lar günahkardı? Bəzi araşdırmalara görə, baş verən bir sıra qəzalara uçan naməlum obyektlər (UNO) və ya ştatdankənar pilotların təcrübəsizliyi səbəb olub. Məsələn, Burdakov ətrafında qəzaya uğrayan təyyarənin enmə zamanı gözlənilmədən sürətlə yerə düşməsi hadisəsi. Bu zaman pilotlar güclü stress keçiriblər (qanlarında tapılan adrenalinin yüksək səviyyədə olması təsdiq edir). Onlar hər hansı bir toqquşmadan qaçaraq qəfildən sürətlə yerə eniblər. Havada birdən-birə hansı maneə yarana bilərdi? Bu suala Argentina aviaxəttinə məxsus “BOİNQ-727” sərnişin təyyarəsinin pilotu Xorxe Poyanko daha dolğun cavab verib. O, 1995-ci il iyulun 31-də o, San-Karlos de Bariloçe şəhərindəki hava limanına uçurdu, enməyə hazırlaşan zaman təyyarəni sürətlə döndərdi. Bu zaman pilot qəflətən UNO ilə qarşılaşıb: “UNO tərsinə şevrilmiş boşqaba bənzəyirdi. Diametri “BOİNQ”dən də böyük, təxminən 100 metrdən çox olardı, ağ rəngdə güclü işıq salırdı...”.
İrkutsk yaxınlığında təyyarənin heyəti və dispetçerlər çox zaman naməlum obyektlərin uçmasından xəbər verirlər. Belə ki, 1967-ci ilin noyabrında İrkutska yaxınlaşan İL-14 təyyarəsinin üzərində birdən-birə ikimərtəbə hündürlüyündə naməlum obyekt peyda olub və təyyarəyə güclü işıq salıb. Pilotlar nə qədər cəhd göstərsələr də UNO-dan yaxa qurtara bilməyiblər.
1972-ci ilin martında İrkutsk hava limanına enməyə hazırlaşan AN-12 hərbi –nəqliyyat təyyarəsinə gözlənilmədən gümüşü rəngli iki kürə şəkilli obyekt yaxınlaşıb, yerə enənə kimi onu izləyib və birdən-birə yoxa çıxıblar. 1989-cu il oktyabrın 28-də daha yadda qalan hadisə baş verib. “Prodelki NLO” məqaləsində Y.Kolesnikov (“Vozduşnıy transport” qəzeti, 7 noyabr 1989-cu il) belə qeyd edir: “Həmin gün İrkutsk hava limanının radiolokatorları 3 saat ərzində İrkutskdan uçan hər 20 sərnişin təyyarəsindən birinin arxasınca naməlum “izlər” qeydə alıb. Həmin “izlər” saatda 200-dən 900 km-dək sürətini dəyişərək 80-110 km məsafəyədək təyyarənin arxasınca düşüblər. Həmin RLS-nin ekranında eyni zamanda üç “izləmə nöqtəsi” qeydə alınıb. Onların hərəsi “öz təyyarəsini” yola salırdi”.
İkinci versiya Təyyarələrin tez-tez qəzaya uğramasında digər versiya da mövcuddur. İrkutsk hava limanı yeganə obyektdir ki, təyyarə 1 km –dən sonra insanların kütləvi basdırıldığı qəbristanlığın üzərindən uçur. Uçma zolağından dərhal sonra 30-cu illərin siyasi represiya qurbanlarının üst-üstə basdırıldığı qəbristanlıq başlayır.
“Dəhştdir – İrkutsk”-deyə “Memorial” cəmiyyətinin sədri Aleksandr Aleksandrov bildirir. “Neçə illər keçsə də minlərlə adsız qurbanlar hələ də torpaqda yatır. Onların ölməz ruhu heç cür sakitlik tapa bilmir. İri həcmdə qatı enerji yaradaraq insanları ölümə sürükləyirlər. Mənə belə gəlir ki, onlar nə qədər insan kimi basdırılmayıblar bu qəzalar davam edəcək”.
Qəbristanlığın yaxınlığında yerləşən Pivovarix yaşayış məntəqəsinin sakini “Ay kralı” ləqəbli polyak zadəganı haqqında yerli camaat belə danışır ki, keçən əsrin əvvəllərində Polşadan sürgün edilmiş həmin şəxs bu kənddə özünə ev tikibmiş. Deyilə görə o, gözündə yaranan problemdən əziyyət şəkdiyi üçün evdən çölə çıxa bilmirmiş. 30-cu illərdə NKVD həmin ərazini xüsusi zonaya çevirmişdi. “Ay kralı”nın ruhu bununla heç cür barışa bilmirdi və “buradan qan iyi gəlir, hamınız lənətə gələsiniz” deyirdi. Bəlkə buna görədir ki, lənətləmə hələ davam edir... Bəzi tədqiqatçılar “İrkutsk üçbucağı”nı geopatogen zona da adlandırırdılar. Onlar geopatogen dedikdə seysmik və tektonik zona nəzərdə tuturlar. Yüksək şüalanma olduğu üçün burada qəzalar baş verir. Lakin avia layner heyətinin üzündə son dəqiqələrdə yaranan ifadə, təyyarələrin sistemlərinin müəmmalı şəkildə dağılması və s. halları da unutmaq lazım deyil.
Modern.az