Modern.az

Üç dayazın yaxşı gələn avazı…

Üç dayazın yaxşı gələn avazı…

Ölkə

11 May 2010, 10:31

Zaman yaxşı mənada artist, pis mənada isə təlxəklərin zamanıdır. Bunu müasir dünyamızda görməyən yoxdur. İnsanlar bir çox hallarda nəyinsə xatirinə özünü bərbad hala salır. Bəlkə də bu ona heç lazım da deyil, əlavə gəlir də gətirmir, amma danışmaq, boş yerə də olsa söz demək, daim gündəmdə qalmaq xatirinə özlərini insan cildindən belə çıxarmaqdan çəkinmirlər. Niyə belə edirldər? Görəsən onların qazancı nədir? Axı niyə müasir həyatda biz hər an bu acı həqiqətin şahid oluruq?  

Bir az əvvəl ATV-də yayımlanan “El içində” verilişinə baxırdım. Verilişin mövzusu kitab oxumaq barədə idi. Qonaqlar isə cəmiyyətdə kifayət qədər tanınan, ölkəyə fayda verən ziyalılar və fəaliyyətləri boyu yalnız özlərinə, qohum-əqrabalarına fayda verən oxuyançılar idi. Düzü, həmin verilişdə xeyli vaxt keçib, amma orada baş verənləri nədənsə unuda bilmirəm.

Ziyalılar kitab işi – onun çapı, satışı ilə məşğul olan qonaqlardan ibarət idi. Onlar oxuyançılara başa salmağa çalışırdılar ki, hər gün müxtəlif telekanallarda özünüzü, mətbəxinizi, yataq otağınızı, dəst-dəst alt və üst paltarlarınızı, maşınlarınızı, it-pişiklərinizi reklam etdirərkən, heç olmasa kitab rəfinizi də nümayiş etdirin. Bununla da sizi sevən elə siz səviyyəli pərəstişkarlarınızın kitaba qarşı marağı oyansın. Əgər kitab rəfiniz yoxdursa, ziyanın yarısından da qayıtmaq olar, evinizdə, şəxsi ofislərinizdə onu yaratmağa çalışın. Heç olmasa evdə, ofisdə sağa-sola şütüyündə oxumasanızda o kitablar diqqətinizi çəksin. Oxuyançılar isə nə yazıq ki, ziyalıların bu göydəndüşmə təklifini təpki ilə qarşıladılar.

Bəli, veriliş boyu insanı heyrətə gətirən söz-söhbətlərə şahidlik etdik. Azərbaycan oxuyançılarının hansı səviyyədə olduqlarına bir daha şahid olduq. Onların özlərini sənətçi adlandıraraq millətin genefonduna, müsiqi duyumuna necə təcavüz etdiklərini gözlərimizlə gördük.  

Təbii ki, ziyalıların ağıllı təkliflərinin təpki ilə qarşılanması gözlənilən idi. Onlardan yalnız birinin - Şahbaz Xuduoğlunun oxuyanlarla mübahisəsini xatırlamaq istəyirəm. Məqsədim Şahbaz bəyi müdafiə etmək deyil. Düşünürəm ki, buna nə Şahbaz bəyin, nə də mənim ehtiyacım yoxdur. Amma ziyalının, haqqın, ölkənin mənafeylərinin müdfiəsi hamımızın borcudur. Biz danışmasaq təlxəklər söz haqqımızı belə əlimizdən alacaqlar. Necə ki, musiqimizi əlimizdən alıblar. 

Mən onları müğənni və yaxud da xanəndə adlandırmadığım üçün oxuyanlar deyə müraciət edirəm. Çünki Elarizi, Xatirəni və Elzanı xanəndə adlandırmaq, məni (müəllifi) Həsən bəy Zərdabi ilə müqayisə etməyə bənzəyəcək. Ona görə nə onları xanəndə adlandırıram, nə də özümü ustadımız, böyük ədib, Azərbaycan mətbuatının banisi Həsən bəyə bənzədirəm. Onlar nə karədir ki, müğənni, xanəndə ola, mən də kiməm ki, Həsən bəy Zərdabi…

Ziyalı tərəf Elariz, Xatirə və Elza üçlüyünə kitab almağın, bununla da kifayətlənməyərək aldığın kitabın oxumağın əhəmiyyətini izah etməyə çalışırdılar. Bir sözlə abunə mədəniyyətinə keçidin zəruriliyini anlatmaq istəyirdilər. Amma ziyalıların bu istəyi oxuyanlar üçlüyünə çatmırdı. Onlar ümumiyyətlə abunənin nə olduğunu bilmirdilər.

Hətta Elza Seyidcahan adlı oxuyan veriliş boyu danışmaqdan yorulmayaraq danışa-danışa da özünü rüsvay edirdi. Gah qəzetlərə abunə olduğunu bəyan edir, amma hansı qəzetə onun adını çəkə bilmir, gah maşında belə kitab oxuduğunu iddia edir, amma hansı kitab, onu deyə bilmirdi. Beləliklə, həm tamaşaçıları aldadır, həm də yalan danışaraq özünü abırdan salırdı. Mənə və bəlkədə çox minli tamaşaçılara maraqlısı odur ki, bu xanım oxuyanı yalan danışmağa hansı qüvvə vadar edirdi. Bəlkə bu xanımı yalan danışmağa məcbur edirdilər. Çox maraqlıdır, hadisədən bir neçə gün keçməsinə baxmayaraq bəndəniz bu mənfur ağ yalanı həzm edə bilmir. Axı, Elza Seyidcahan niyə məni aldatmalıdır. Bir tamaşaçı olaraq öz yalanları ilə niyə məni təhqir etməlidir? Nəhayət, uzun-uzadı fikirləşəndən sonra belə qənaətə gəldim ki, Elza Seyidcahan yalan danışmağa öyrəncəlidir. Əgər belə olmasaydı axı niyə efirdə yalan danışırdı?

Elza xanımla bağlı digər bir nüans isə onun veriliş boyu toxunulan bütün məsələlərə yersiz münasibət bildirmək cəhdində bulunması idi. Bəlkə də bununla oxuyançı xanım hər şeyi hamıdan daha yaxşı bildiyini iddia etməsindən qaynaqlanırdı. Yəni insanda bu qədər özündən müştəbehlik ola bilərmi? Deməli, ola bilər və biz bunu Elza Seyidcahanın timsalında bir daha yaşadıq. Bu oxuyançı xanım nədənsə fikirlərini qəzəblə, hikkə ilə qarşı tərəfə yeritməyə çalışırdı. Bu isə onu daha da uçuruma aparırdı.

Bəli, qəzəblənərkən insan ağlını demək olar ki, itirir. Elə bu zaman da böyük faciələr başlayır. Qəzəb (hirs) zamanı insan hər cür hadisə törədə bilər. Fəqət, hirsi soyuyandan sonra peşmançılıq çəkir. Sonrakı peşmançılıq isə artıq heç bir fayda vermir.

Xatirə xanım hiss olunurdu ki, Elza və Elarizdən daha ağıllı görünürdü. O, məlumatı olmadığı məsələlərə münasibət bildirməməyə çalışırdı. Amma Elza Seyidcahan bunu hiss edir və ara-sıra onu da təxribata çəkməyə cəhd göstərirdi.        

Elariz isə artıq bu təxribatın içində idi. O Şahbaz bəyə dayaz təxəllüsü qoşamaqdan belə çəkinmədi. Dünyanın işinə bax, təlxək bir oxuyançı ölkənin ziyalısına dayaz deyir. Dağılasan a dünya!

Bəli, dağılmalı dünyadır. O dünyadakı Elarizə çəpik çalan tamaşaçı var, onun oxuduğu mahnıları dinləyən gənclik var, bu dünya dığılsa, altı-üstünə çevrilsə  yaxşıdır. Nədən ki, Elarizin oxuduğu mahnıları dinləyən gənclikdən bu məmləkət hansı faydanı götürəcək, onun ifasında müasir gəncliymizdə vətənə məhəbbət hissi necə formalaşacaq?

Bax, bu sual hamımızı düşündürməlidir. Ən azı ona görə ki, hər birimizin evində gənclik var və yaxud da sabahın gənclik statusunu alacaq fidanlarımız böyüyür…

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı