Modern.az

Karapetyan Paşinyanı aldadıb - İstintaq başladı

Karapetyan Paşinyanı aldadıb - İstintaq başladı

Dünya

Bu gün, 09:22

Ermənistan İstintaq Komitəsi Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat əsasında araşdırmaya başlayıb. Müəyyən edilib ki, 7 iyun 2026-cı ildə Ermənistan parlamentinə keçiriləcək seçkilərdə “Güclü Ermənistan” blokunun siyahısındakı bir nömrəli namizəd Narek Karapetyan qanunvericilikdə yalan məlumat verməyə görə nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, qəsdən xarici vətəndaşlığının olmasını gizlədib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, N.Karapetyan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə başqa bir dövlətin vətəndaşı olmadığı barədə yalan məzmunlu ərizə təqdim edib və bununla da vəzifəli şəxs statusu əldə etməyə mane olan xarici vətəndaşlıq faktını gizlədib.

“Məlumat əsasında Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 449-cu maddəsinin 1-ci hissəsi üzrə (vəzifəli şəxs statusunun əldə edilməsinə və ya saxlanmasına mane olan məlumatların gizlədilməsi) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq aparılır”, - deyə İstintaq Komitəsinin məlumatında bildirilir.

Narek Karapetyan “Güclü Ermənistan” blokunun lideri, iş adamı – baş nazirliyə iddialı Samvel karapetyanın qardaşı oğludur.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı